2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Bank xəbərləriXəbərlər

“Muğanbank” ASC 2023-cü ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb

“Muğanbank” ASC 2023-cü ilin ikinci rübü üzrə maliyyə nəticələrini elan edir. Bank öz fəaliyyətini uğurla inkişaf etdirir. 

Saytların yığılması Saytlarin yigilmasi

“Muğanbank” ASC 2023-cü ilin ikinci rübündə müsbət maliyyə nəticələrinə nail olmaqla sabit artım nümayiş etdirir. Ötən ilin analoji dövrü ilə müqayisədə ümumi aktivlər böyüyərək 3,47 % artımla 721,86 milyon manat təşkil edib, cəmi depozit portfelində də 9,56 % artım qeydə alınaraq 393,83 milyon manata çatıb, eləcə də faiz gəlirləri 11,68 % artaraq 20,79 milyon manat təşkil edib. Bankın kredit portfeli isə 5,96 % artaraq 454,13 milyon manata çatıb. I dərəcəli kapital isə 63,63 % artaraq 136,51 milyon manat təşkil edib. Əlavə olaraq Bankın Nizamnamə kapitalı 51,16 % artaraq 162,5 milyon manat təşkil edib. Bu nəticələr bankın maliyyə bazarında sabitliyinin və davamlı artımının göstəricisidir, onun etibarlılığını və müştərilərin etimadını təsdiqləyir. “Muğanbank” ASC müştərilərinə yüksək keyfiyyətli maliyyə xidmətləri göstərmək üçün fəaliyyətini bundan sonra da inkişaf etdirəcək və göstəricilərini daha da yaxşılaşdırmağa çalışacaq.


“Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət göstərir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq 933 Məlumat Mərkəzi və ya www.muganbank.az saytı vasitəsilə mümkündür.

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button