2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Müharibə buğda bazarını da vurdu – Tarixi bahalaşma

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə fonunda buğdanın qiymətləri son 14 ilin maksimal həddinə çatıb.
Xarici mətbuat xəbər verir ki, bu kənd təsərrüfatı məhsulunun qiyməti 1 kiloqram üçün 0,33 ABŞ dollarını keçib.

Məlumata görə, bahalaşma Ukraynanın Qara dəniz limanlarından kommersiya tədarükünün dayanması ilə əlaqədardır. Belə ki, bu ölkənin payına Rusiya ilə birlikdə qlobal buğda ticarətinin təxminən üçdə biri, günəbaxan yağı ixracının 80 %-i, yemlik qarğıdalının ixracının 19 %-i düşür.

Xatırladaq ki, daha əvvəl Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bisli Ukraynada baş verənləri “fəlakətin zirvəsindəki fəlakət” adlandırıb. “Yaxın Şərqə tədarük edilən buğda və taxılın yarısı Rusiya və Ukraynadan gəlir”, – o qeyd edib. (Report)

Saytların yığılması Saytlarin yigilmasi

24 saat” “Müharibə buğda bazarını da vurdu – Tarixi bahalaşma” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button