2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Müsavat başqanının oğlunun həbsi üçün prokuror təqdimat verdi

Təqdimata Yasamal Rayon Məhkəməsində baxılacaq

Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı haqqında həbs qətimkan tədbiri seçilməsi üçün noyabrın 2-də Yasamal rayonunun prokuroru Elman Süleymanov məhkəməyə təqdimat verib.

Orxan Hacılı haqqında təqdimata Yasamal rayon Məhkəməsində baxılacaq. Bu barədə Meydan TV-yə onun vəkili Nemət Kərimli məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Orxan Hacılı oktyabrın 31-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələrilə ittiham olunur. Lakin o, bu ittihamlarla razılaşmır, özünü təqsirli bilmir.

Bu maddələrin sanksiyasında alternativ cərimə, islah işləri və s. cəzalarla yanaşı, 2 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Yasamal Rayon Prokurorluğu. Foto: “Facebook”

“Orxan Hacılı bildirir ki, hadisə yerindən qaçması haqda iddialar yalandır. Hadisədən sonra orada olub, sürücülərlə söhbətləşib, nə ziyan dəyməsilə, kiminsə xəsarət alıb-almamasıyla maraqlanıb. Hadisənin necə baş verdiyi də sosial şəbəkələrdə yayılan videodan görünür”, – vəkil bildirib.

Hadisə zamanı xəsarət aldığı iddia edilən zərərçəkmişə gəlincə, cinayət işinin materiallarında göstərilib ki, o, həmin vaxt yolun kənarında olub. İddiaya görə, O.Hacılnın avtomobili qarşısında manevr edən avtomobillə toqquşduqdan sonra yolun kənarında dayanan başqa maşınlara çırpılarkən zərbənin təsirindən yıxılıb və xəsarət alıb:

Orxan Hacılı bu ittihamı absurd sayır, atasının siyasi fəaliyyətinə görə cəzalandırıldığını düşünür”.

Hadisə paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospektində – metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında baş verib.

Arif Hacılı və Orxan Hacılı. Foto: “Facebook”

Müsavat başqanı Arif Hacılı da oğlunun tutulmasını qisasçılıq kimi dəyərləndirib.

Qəza zamanı toqquşan avtomobildə olan sürüсünün xəsarət almasını sənədləşdirmək cəhdləri baş tutmayandan və hadisənin üstündən 20 gün keçəndən sonra yeni “zərərçəkən” tapıblar. Guya kimsə yoldan keçəndə bu qəza nəticəsində xəsarət alıb. Halbuki, özlərinin yaydığı videogörüntüdə də orada başqa kimsənin olmadığı aydın görünür.

Bir dəfə də demişəm, mübarizəni özümüzlə aparın. Ailə üzvlərimizlə, övladılarımızla bizi təhdid etməyiniz heç bir çərçivəyə, heç bir kodeksə sığmır”.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button