Loading...
Loading...
Xəbərlər

Müxalifət Baş Prokurorluqdan"Pandora dosyası"nın araşdırılmasını tələb edir

Bakı/18.10.21 Demokratik Qüvvələrin Milli Şurasının  və Azərbaycan Xalq Cəbhəsi Partiyasının  rəhbərləri Cəmil Həsənliəli Kərimli  “Pandora dosyası” beynəlxalq jurnalist araşdırması ilə əlaqədar ölkənin baş prokuroru Kamran əliyevə müraciət ediblər.

Bu dosyada açıqlanan materiallara əsasən, Azərbaycan prezidentinin ailəsi Böyük Britaniyada 429 milyon funt-sterlinq (694 milyon dollar) dəyərində daşınmaz əmlak alıblar.

Həsənli və Kərimli xatırladırlar ki, əvvəllər də Azərbaycanın yüksək vəzifəli məmurlarının adları “pulların yuyulması”, vəsaitlərin offşorlara köçürülməsi ilə bağlı beynəlxalq qalmaqallarda adları keçib.

2017 – ci ildə Demokratik Qüvvələrin Milli Şurası digər qalmaqallı araşdırma – “Azərbaycan landromatı” ilə bağlı ölkənin Baş Prokurorluğuna müraciət edib. Həmin materiala görə, ölkədən 3 milyard dollar çıxarılıb və yuyulub.

Demokratik Qüvvələrin Milli Şurası  və Azərbaycan Xalq Cəbhəsi Partiyası hesab edirlər ki, Baş Prokurorluq göstərilən faktlarla bağlı cinayət işi açmalı, hərtərəfli və obyektiv araşdırma aparmalıdır.

Müraciətdə qanunvericiliyin konkret maddələri göstərilir və deyilir  ki, prokurorluq yuxarıda qeyd olunan hallarda araşdırma aparmağa borcludur. Xatırladaq ki, bundan öncə Müsavat Partiyası da analoji müraciətlə çıxış edib, lakin heç bir reaksiya verilməyib.—06D-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button