Xəbərlər
Nəsimi rayonunda ev uçdu, uşaq xəsarət aldı – VİDEO
Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 141 ünvanında yerləşən binada baş verən qəza nəticəsində 3 yaşlı uşaq xəsarət alıb və kommunal xəttə problem yaşanıb.
Bunu bizimyol.info-ya sakin Fəridə Haciyeva bildirib.
O deyib ki, qəzaya səbəb “F.F” MTK bina tikintisi üçün bünövrə qazan zaman qonşuluqdakı binanın özülünü dağıdıb. Elə o vaxtdan da iki mərtəbəli bina çökməyə başlayıb. Ötən gün yağan yağışdan sonra isə binanın bir hissəsi uçaraq qəzalı vəziyyətə düşüb.
F.Hacıyeva deyib ki, məsələ ilə bağlı polisə müraciət edilib: “Qəzanın zərəri ilə bağlı hər hansl bir tədbir görülməyib. Qaz xəttində yaranmış problem nəticəsində qazın verilişi dayandırılıb. Müvafiq quruma etdiyimiz müraciət isə cavabsız qalıb”.
https://youtu.be/CMVLUj4zrcg