2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Narkotikdən müalicə olunanlara əzab verənlər azadlığa çıxmaq istəyir 

“New Life” reabilitasiya mərkəzində narkotik asılılığından müalicə olan xəstələrə əzab verməkdə və onlardan birinin ölümünə səbəb olmaqda təqsirli bilinən dəstə üzvləri barələrindəki məhkəmə hökmündən apellyasiya şikayəti veriblər. 

Toplum Tv xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi onlardan yalnız üçü barəsindəki hökmü dəyişib. 

Qərara əsasən, Famil Rzayev, Elvüsal Hüseynov və Orucəli Əliheydərova qanunsuz sahibkarlıq maddəsi ilə verilmiş ittiham cəlbetmə müddəti keçdiyinə görə ləğv edilib. Onların azadlıqdan məhrumetmə müddəti 1 ay azaldılıb. Digər məhkumlar Qənbər Həsənov və Sərxan Əliyev barəsindəki hökm qüvvədə qalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Ötən yay Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Famil Rzayev 8 il, Elvüsal Hüseynov və Orucəli Əliheydərov və 7 il, Qənbər Həsənov 6 il 6 ay, Sərxan Əliyev isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmüylə məhkumlardan birinin avtomobili, digərininsə evi müsadirə olunaraq dəymiş zərərin ödənilməsinə yönəldilib. 

“New Life” Novxanı qəsəbəsində fəaliyyət göstərib. Mərkəzdə narkotik, alkoqol və digər asılılıqların müalicəsində tətbiq olunan “12 addım” proqramından istifadə olunub.

Mərkəzin rəhbəri O.Əliheydərov, digər əməkdaşları-E. Hüseynov, F. Rzayev, S.Əliyev və Q. Həsənov pasiyentlərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunurlar.

İddia olunur ki, işgəncə nəticəsində pasiyentlərdən biri – Hüseyn Məmmədov ölüb.

Zərərçəkmişlərə münasibətdə suda boğma, yüksəklikdən asma, bağlı qapı arxasında saxlama kimi işgəncə növlərindən istifadə edilib.

Dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndiriliblər. E.Hüseynov, O.Əliheydərov və F. Rzayeva həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham verilib.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button