ÖLKƏ

NATO baş katibi deyib ki, ABŞ Əfqanıstanı dərhal tərk etməyəcək


NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, alyans Əfqanıstanı bu ölkədə təhlükəsizlik şəraiti yaranmadan oranı tərk etməyəcək.

Son günlərdə Əfqanıstanda artmaqda olan zorakılıq Qətərdə davam edən əfqandaxili danışıqlar üçün real təhlükə yaradır.

Stoltenberg oktyabrın 21-də deyib:

“Biz Əfqanıstana birlikdə gəlmişik, şəraitə birlikdə uyğunlaşacaq və vaxtı gələndə, şərait buna imkan verəndə buranı birlikdə, koordinasiyalı qaydada tərk edəcəyik. Bu bütün müttəfiqlərimizin öhdəliyidir və mən tamamilə əminəm ki, bütün müttəfiqlər öhdəliklərinə sadiq qalacaqlar”.

NATO Əfqanıstana 2003-cü ildə Talibanı hakimiyyətdən salmaq məqsədilə müdaxilə edib.

Hazırda NATO-nun Əfqanıstanda 12 minlik əsgəri qüvvəsi var. Bunlardan 8 mini ABŞ hərbçiləridir.

 

Stoltenberg Talibana çağırış edir

ABŞ komandanları bildirirlər ki, plan Amerika hərbçilərinin sayını 4500 nəfərə endirməkdir.

Oktyabrın 7-də yazdığı tvitdə ABŞ prezidenti Donald Trump Əfqanıstandakı bütün ABŞ qüvvələrinin dekabrın 25-dək oradan çıxarılacağını bəyan etmişdi.

Lakin onun milli təhlükəsizlik müşaviri Robert O’Brien ötən həftə bildirmişdi ki, gələn ilin əvvəllərində Əfqanıstandakı ABŞ qoşunlarının sayı 2500-ə endiriləcək.

Bu arada Taliban yaraqlıları, Qətərdə davam edən danışıqlara baxmayaraq bütün ölkə boyunca hücumlarını intenivləşdiriblər.

Stoltenberg deyib ki, bu danışıqlar “bir nəslin həyatında yalnız bir dəfə ola biləcək imkan” verir.

NATO baş katibi Talibanı danışıqlar zamanı götürdüyü öhdəliklərə əməl etməyə çağırıb:

“Onlar əl-Qaeda və bütün başqa beynəlxalq terror qrupları ilə bütün əlaqələrini kəsməlidirlər. Onlar danışıqları xoş məramla aparmalıdırlar”.

24saat.org

Mənbə – azadliq.info

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button