2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

NATO Türkiyə və Yunanıstanı ‘yola gətirdiyini’ deyir, amma…


NATO bildirib ki, onun üzvləri olan Türkiyə və Yunanıstan, aralarında yaranmış gərginliyin azaldılması üçün müzakirələrə başlamağa razılıq veriblər.

Afina və Ankara arasında qarşıdurma Türkiyə şərqi Aralıq dənizində neft-qaz kəşfiyyatı işlərinə başlamaq cəhdləri etdikdən sonra yaranıb.

Şimal alyansının rəhbəri Jens Stoltenberg bu barədə sentyabrın 3-də bəyanat verib:

Saytların yığılması Saytlarin yigilmasi

“İki müttəfiq şərqi Aralıq dənizində insident və qəza risklərinin azaldılması məqsədilə hərbi dekonfliktasiya mexanizmlərinin yaradılması üçün NATO-da texniki danışıqlara daxil olmaq barədə razılığa gəliblər”.

 

“NATO həmrəyliyi ruhunda”

İki NATO üzvü arasında gərginlik son həftələrdə Türkiyə hökumətinin Aralıq dənizindəki mübahisəli sularda neft-qaz axtarışına başlamasının ardınca yaranıb.

Son günlərdə Türkiyə və Yunanıstan donanmaları arasında qorxulu toqquşma riskləri yaranmışdı.

Stoltenberg deyib ki, o bu gərginliyin “NATO həmrəyliyi ruhunda” həllinin tapılması üçün hər iki tərəflə sıx təmaslardadır.

Bloomberg yazır ki, bir yunan rəsmisi NATO bəyanatının həqiqəti o qədər də əks etdirmədiyini bildirib.

Həmin rəsmi deyib ki, Afina üçün de-eskalasiyanın yeganə mümkün şərti Türkiyə gəmilərinin Yunanıstanın sahil şelfindən çıxarılması ola bilər.

 

Rusiya şərqi Aralıqda manevr keçirəcək?

Yunanıstan dənizin bu hissəsinə – Krit və Kipr adaları ilə Türkiyənin cənub sahilləri arasındakı sulara cavab olaraq hərbi gəmilərini göndərib.

Associated Press agentliyi yazır ki, Jens Stoltenberg-in bəyanat verdiyi gün, sentyabrın 3-də Türkiyə Rusiyanın şərqi Aralıqda döyüş mərmilərindən istifadə ilə manevrlər keçirəcəyini bildirib.

Belə bir məlumatın Moskvadan yox, Ankaradan gəlməsi şərhçilərin təəccübünə səbəb olub.

Ankara və Afinanın danışıqlar masası arxasına gəlməsi üçün Almaniya da səylər göstərir.

Hər iki tərəf danışıqlara razı olduğunu bildirsə də, müzakirə üçün öz şərtlərini irəli sürür.

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button