2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Navalnı Xarp kəndindəki cəzaçəkmə koloniyasından ilk məktubunu yazıb

“Kiminsə məni yanvarın ortalarına qədər tapacağını gözləmirdim”

Rusiyalı müxalifətçi Aleksey Navalnı hazırda saxlanıldığı Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndindəki cəzaçəkmə koloniyasından ilk məktubunu yazıb.

Aleksey Navalnı 20 gün davam edən və “olduqca yorucu” olan xüsusi rejimli koloniyaya köçürülməsi ilə bağlı təfərrüatları açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məni dekabrın 23-ü gətirdilər. O qədər ehtiyatla və elə qəribə bir marşrutla (Vladimir – Moskva – Çelyabinsk – Yekaterinburq – Kirov – Vorkuta – Xarp) apardılar ki, kiminsə məni yanvarın ortalarına qədər tapacağını gözləmirdim. Ona görə də dünən kameraların qapıları “sizin vəkiliniz var” sözləri ilə açılanda çox təəccübləndim”.

Dünən 20 gündür onunla əlaqəsi olmayan həmkarları bildiriblər ki, müxalifətçi Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndində xüsusi rejimli koloniyadadır.

A.Navalnının mətbuat katibi Kira Yarmışın sözlərinə görə, vəkili məhbusu görüb və Navalnının özü də “yaxşıdır”.

Hazırda Navalnının yerləşdiyi Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndindəki 3 nömrəli “Qütb canavarı” koloniyasında vaxtilə YUKOS-un ortaq sahiblərindən biri Platon Lebedev, habelə ukraynalı direktor və fəal Oleq Sentsov saxlanılırdı.

Navalnının tərəfdarı İvan Jdanov orada şəraitin ağır olduğunu deyir:

“Daimi donmuş zonada xüsusi rejim var. Oraya çatmaq çox çətindir və məktub çatdırma sistemləri yoxdur”.

Aleksey Navalnı 2021-ci ilin fevralında Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” Hava Limanında saxlanılıb.

Avqustun 4-də Moskva Şəhər Məhkəməsi Aleksey Navalnıya ekstremist birlik yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button