2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Naxçıvanın Nazirlər Kabineti: Dövlət orqanları satınalmanın qanuna uyğun həyata keçirilməsini təmin etməlidir

Naxçıvanın Nazirlər Kabineti: Dövlət orqanları satınalmanın qanuna uyğun həyata keçirilməsini təmin etməlidir

Son dövrlər Naxçıvan Muxtar Respublikasının dövlət orqanları (qurumları) tərəfindən malların (işlərin və xidmətlərin) qanunvericiliklə müəyyən edilmiş satınalma üsullarından kənar və ya bir mənbədən satın alınması üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə müraciətlər edərək müvafiq köməklik göstərilməsi xahiş olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, bununla əlaqədar olaraq muxtar respublikanın Baş naziri Səbuhi Məmmədov tərəfindən dövlət orqanlarının rəhbərlərinə satınalma fəaliyyətinin qanunvericiliyə uyğun həyata keçirilməsinin təmin ediməsi ilə bağlı məktub ünvanlanıb.

Məktubda müraciətlərin araşdırılması zamanı onların əksəriyyətinin əsassız olduğu, eyni zamanda müvafiq qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil etdiyi bildirilib. Aparılan araşdırmalar göstərir ki, belə halların baş verməsi daha çox satınalan təşkilatlar tərəfindən müvafiq sahədə səhlənkarlığa yol verilməsi, satın alınacaq malların (işlərin və xidmətlərin) seçilməsi üçün vaxtında tədbir görülməməsi, satınalma planına uyğun olaraq satınalma prosedurlarının təşkil edilməməsi və ya ümumiyyətlə, dövlət satınalmalarının planlaşdırılmaması ilə bağlıdır.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin şərhinə görə bu Qanunun 1.2 – 1.7-ci maddələrində göstərilən hallar istisna olmaqla, dövlət müəssisə və təşkilatları, nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınması yalnız bu Qanunla müəyyənləşdirilmiş üsullarla (açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə) həyata keçirilir.

Qanunun 21.1-ci maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının təsdiq etməsi şərti ilə satınalan təşkilat satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda, mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda, eləcə də tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda, fövqəladə hallarla əlaqədar həmin mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda, satınalmanın digər metodlarından istifadə onlara sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmadıqda, adıçəkilən Qanunun 50-ci maddəsinə uyğun bir mənbədən satınalma üsulundan istifadə edə bilər.

Yuxarıda sadalanan səhlənkarlıq və ehtiyatsızlıq hallarına bir daha yol verilməməsi, ən əsası dövlət büdcəsinin vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi məqsədilə zəruri mallara (işlərə və xidmətlərə) olan tələbatın, satın alınacaq malların (işlərin və xidmətlərin) adı, həcmi, miqdarı və ölçüsünün əvvəlcədən müəyyən edilməsi, satınalmanın ardıcıllığının, təqvim ili üzrə bölgüsü və satınalma üsulunun düzgün seçilməsi, satınalma planının tərtib edilməsi və malların (işlərin və xidmətlərin) satın alınması sahəsində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə koordinasiyalı şəkildə satınalma proseduru təşkil edilməli və hər bir dövlət orqanı (qurumu) satınalma fəaliyyətinin müvafiq istiqamətdə və qanunvericiliyə uyğun olaraq həyata keçirilməsini təmin etməlidir.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button