2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Nazim Bəydəmirlinin səhhətinin pisləşdiyi bildirilir

Həbsdə olan keçmiş deputat Nazim Bəydəmirlinin səhhəti pisləşib. 

Toplum TV xəbər verir ki, bu barədə onun xanımı Fəridə Bəydəmirli sosial media hesabında məlumat yayıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, martın 1-də təcili elektrokardioqram və exokardioqram müayinəsi aparıblar:

“Həkimin dediyinə görə ürəyində yaranmış impulsiv blokada ikincili mərhələyə keçib. Təcili qan analizi olunub, nəticəyə uygun müalicəyə başlanmalıdır”.

Xanımının bildirdiyinə görə, Nazim Bəydəmirli  qan analizi verməkdən imtina edib. O, özünün etibar etdiyi laboratoriyada müayinə olunmağı tələb edir. Buna isə məhəl qoyulmur. 

“Turan” agentliyinin məlumatına görə, Bəydəmirlinin vəkili Penitensiar Xidmətin rəhbərliyinə və Ombudsmana müraciət edib. Müdafiə tərəfi həbs yerlərinin daxili intizam qaydalarının 27.6-cı maddəsinə istinad edir ki, bu da məhkumun öz seçdiyi mütəxəssis tərəfindən və öz hesabına müayinə edilməsinin mümkünlüyünü nəzərdə tutur.

Nazim Bəydəmirli ötən il iyulun 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.4-cü (Xeyli miqdarda əmlakı ələ keçirmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. 

Bəydəmirli ittihamı rədd edib, onun uydurma olduğunu deyib. Onun sözlərinə görə, həbsinin əsl səbəbi Gədəbəyin Söyüdlü kəndindəki hadisələrlə bağlı çıxışlarıdır.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button