2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Nazir müavini: “Qarabağın azad edilməsi Azərbaycanla Qətər arasında münasibətlər üçün yeni imkanlar açır”

Nazir müavini: “Qarabağın azad edilməsi Azərbaycanla Qətər arasında münasibətlər üçün yeni imkanlar açır”

“Azərbaycanla Qətər arasında iqtisadi əlaqələri yaxşılaşdırmaq lazımdır, bunun üçün böyük potensial var”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bunu Qətərin “The Peninsula” nəşrinə müsahibəsində Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.

“Düşünmürəm ki, hazırda iqtisadi əlaqələr istənilən səviyyədədir, lakin mümkün qədər tez istifadə etməyə çalışacağımız böyük potensial var”, – o vurğulayıb.

Y.Rəfiyev əlavə edib ki, bu mənada işğaldan azad edilmiş ərazilər əməkdaşlıq üçün yeni imkanlar açır.

Onun sözlərinə görə, əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılan bariz addımlardan biri Qətərlə Azərbaycan arasındakı birgə komissiya çərçivəsində investisiya qrupunun yaradılması olacaq.

Nazir müavininin fikrincə, bu qrup Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun 2024-cü ildə Qətərə gözlənilən səfərindən sonra formalaşdırıla bilər.

O vurğulayıb ki, Fars Körfəzi regionu Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir və Qətər ölkənin diqqət mərkəzindədir.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button