2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Nazir qardaşı pula görə faiz aldığı adamı indi də həbs elətdirmək istəyir

Yavər Camalovun qardaşının işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır; o, məhkəməyə gəlmək istəmir

Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova görə cinayət məsuliyyətinə cəlb olunan Samir Nəbiyevin məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Şəkər Məmmədovanın sədrlik etdiyi hakimlər heyəti baxır.

Saytların yığılması Saytlarin yigilmasi

Əlikram Camalov iddia edir ki, məhkəmə qarşısına çıxarılan Samir Nəbiyev onu aldadaraq, 18 min manat və 2500 dollarını ələ keçirib. Halbuki, iş materiallarından da, həm Nəbiyevin, həm də Camalovun özünün ifadəsindən məlum olur ki, nazirin qardaşı verdiyi pula görə Samir Nəbiyevdən faiz alıb. Başqa sözlə, Əlikram Camalovdan alınmış pulun bir qismi həmin faizlər hesabına onun özünə qayıdıb. Sonradan adam müflisləşib, aldığı pulu qaytara bilməyəndə nazirin qardaşı ondan hüquq-mühafizə orqanlarına şikayət edib. Camalov aldığı məbləği verdiyi puldan çıxmaq da istəmir, 18 min manat və 2500 dollarının tam geri qaytarılmasını istəyir. Samir Nəbiyev CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur.

Təqsirləndirilən Samir Nəbiyev həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Hərçənd, Əlikram Camalov onun həbs olunmasını istəyib, bu haqda vəsatət də qaldırıb. Amma Nəbiyevin himayəsində azyaşlı uşaqlarının olması və başqa əsaslarla vəsatət təmin olunmayıb. İyunun 21-də bu iş üzrə keçirilən məhkəmədə məlum olub ki, nazirin qardaşı məhkəməyə gəlməkdən imtina edir. O, nümayəndəsi İmaməli Əsgərov vasitəsilə məhkəməyə ərizə göndərib. Ərizədə də yazıb ki, özü iştirak eləmək istəmir, onu nümayəndəsi təmsil edə bilər.

Bu, təqsirləndirilən Samir Nəbiyevin vəkili Ceyhun Yusifovun etirazına səbəb olub. Vəkil vəsatət qaldıraraq, nazirin qardaşının şəxsən məhkəmədə iştirakını istəyib: “Bizim ona suallarımız var”

Məhkəmə vəsatəti təmin edib, qərar verilib ki, zərərçəkmiş nazir qardaşı özü məhkəmədə iştirak etməli, ifadə verməlidir. Növbəti məhkəməyə Əlikram Camalov çağrılacaq. Daha sonra prokuror ittiham aktını elan edib. İttihamda yazılıb ki, Samir Nəbiyev Əlikram Camalovu birgə biznes qurmaq adı ilə aldadaraq, ondan 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 2500 dollar pul alıb, qaytarmayıb.

İttihama münasibət bildirən Samir Nəbiyev özünü təqsirli bilmədiyini deyib. Samir Nəbiyevə məhkəmədə ifadə vermək təklif olunub. Bu zaman onun vəkili Ceyhun Yusifov deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs özünü təqsirli bilmir. Bu halda, dindirməyə zərərçəkmişdən başlanmalıdır. Hakim vəkilin etirazını qəbul etməyib. Yenidən təqsirləndirilən şəxsə ifadə verməyi təklif edəndə isə Samir Nəbiyev ifadə verməkdən imtina edib.

Məhkəmə iyunun 23-də davam edəcək. Həmin iclasda nazir qardaşının dindirilməsi gözlənilir.

Qeyd edək ki, Samir Nəbiyev istintaqa ifadəsində Əlikram Camalovdan əvvəl götürdüyü 18 min manata görə ona 5 min manat, sonradan aldığı 2500 dollara görə də isə 1500 dollar pul verdiyini bildirib. Dediyinə görə, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasını icarəyə götürüb işlədirdi. Razılığa gəliblər ki, Əlikram Camalov avadanlıq alışı üçün lazım olan pulu ona verəcək, qazancı da yarıbayarı böləcəklər: “Əlikram Camalov mağazamızın müştərisi idi. Məndən elektrik avadanlıqları alırdı. Münasibət də buradan yaranıb. Öz ofisində mənə 18 min manat verdi və işə başlayandan sonra qazanc olaraq ona ayda 1500 manat verdim. 2015-ci ilin dekabrında devalivasiya oldu. İşlə bağlı çətinliklər, problem yarandı, alış-veriş çox zəiflədi. Amma həmin ərəfədə də Əlikram Camalova pul verirdim. Bir gün dedi ki, manat günü-gündən zəifləyir, ona görə də verdiyi pulu dollarla hesablamağımızı istədi. Mən də razılaşdım. Hesabladıq, devalvasiyadan sonra məndə qalan pul 11 min 613 dollar edir və bundan sonra ona hər yay qazanc olaraq 1250 dollar vercəkdim. Sonra Əlikram Camalov yaşlı adam olduğu üçün oğlunun adına formal müqavilə bağladıq. Oğlunun adına olmasını özü istəmişdi. Mən də bunun əhəmiyyətli bir şey olmadığnı düşünüb razılaşmışdım. Daha sonra yenə də pula ehtiyac yarandı və daha 2500 dollar aldım. Buna görə də hər on gündən bir 700 dollar qazanc verməliydim. 2500 dollara görə 20 gün ərzində Əlikram Camalova 1500 dollar verdim. Yəni ümumilikdə 18 min manata görə, 5 min manat, 2500 dollara görə isə 1500 dollar xeyir vermişəm ona”.

Əlikram Camalov da verdiyi pulun bir hissəsini faiz olaraq geri aldığını gizlətmir. “18 mini alanda dedi ki, hər ay 4 min manat qazancın 2 min manatını mənə verəcək. Ancaq elə birinci ay dedi ki, işlər yaxşı deyil , 3 min manat qazanıb, ona görə də 1500 manat verdi. Sonrakı ay da işlərin yaxşı getmədiyini bəhanə edərək 1250 manat verdi”, – deyə o, istintaqa ifadəsində bildirib.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button