2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Nazirlər Kabinetində Böyük Qayıdışa dair I Dövlət Proqramı ilə bağlı iclas keçirilib

İyulun 7, 12 və 14-ü tarixlərində Nazirlər Kabinetində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” ilə bağlı iclas keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Report”a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Dövlət Proqramında nəzərdə tutulmuş işlər üzrə əsas icraçı orqanların rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslərin iştirak etdiyi iclasda Proqramın icra vəziyyətinə dair məsələlər müzakirə edilib, boyukqayidish.gov.az portalının icmal təqdimatı olub.

Dövlət Proqramında 6 prioritet üzrə 25 fəaliyyət istiqaməti müəyyən edilib və 188 tədbirin icrası nəzərdə tutulur. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsinin aparılmasının təmin edilməsi məqsədi ilə “Metodoloji çərçivə” hazırlanıb.

“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı”nın işləmə mexanizmlərinin izahı və tətbiqinə dair təlimlər keçirilib və videotəlimat hazırlanıb. Keçirilən təlimlərdə Dövlət Proqramının icrasında iştirak edən 44 dövlət qurumunun 200-ə yaxın səlahiyyətli nümayəndəsinə sözügedən portaldan istifadə qaydaları, şərtləri və bölmələri haqqında ətraflı məlumat verilib. Aidiyyəti qurumlar tərəfindən müvafiq məlumatlar portalda yerləşdirilir. Bu məlumatlar əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərifindən monitorinq və qiymətləndirmələr aparılaraq nəticələri barədə Nazirlər Kabinetinə təqdim olunacaqdır.

Daha sonra iclasda Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə görülən işlərin həyata keçirilməsində səmərəliliyin yüksəldilməsi və digər məsələlər müzakirə olunub.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button