2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Neft Fondunu daha böyük itkilər gözləyir

AXCP-nin İqtisadi Siyasət Komissiyasının sədri Nemət Əliyev

Dövlət Neft Fondunun gəlirləri 73 faiz azalacaq. İlin sonunadək ehtiyatların azı 4 milyard dollar düşəcəyi gözlənilir.

Saytların yığılması Saytlarin yigilmasi

Birinci rübdə Neft Fondu mənfəət nefti və qazın satışından 1,763 milyard, bonuslardan 452 milyon, tranzit və icarə haqlarından isə 3,8 milyon dollar gəlir əldə edib. Bu dövrdə ümumi gəlirlər 2,219 milyard olub. Fondun birinci rüb xərcləri isə 2,763 milyard dollar təşkil edib və gəlirləri 544 milyon dollar üstələyib. 20 faizə yaxın bu açığı bağlamaq üçün Fond çıxış yolunu gələcək nəslə saxlanan ehtiyatları satmaqda görüb.

Doğrusu, mal-mülkün satışa çıxarılan həcmi ümumi ehtiyatların dəyəri ilə müqayisədə çox da böyük itki sayılmaya bilər. Amma bunu da nəzərə almaq vacibdir ki, birinci rübü nisbətən az itki ilə yola vermək mümkün olub bu səbəbdən ki, neftin rüblük orta ixrac satış qiyməti nisbətən yüksək olub (59 dollar/barel). Bu orta qiymət səviyyəsi Neft Fonduna imkan verib ki, xərclərin 80 faizdən bir az çoxunu mənfəət nefti və qazın satışından, bonus, tranzit və icarə haqlarından əldə etdiyi gəlirlər hesabına maliyyələşdirsin.

Amma aprel ayında (II rübün ilk ayında) xeyli fərqli şərait yaranıb. Energetika Nazriliyinin verdiyi məlumata görə bu gün Azərbaycan neftinin bareli 21 dollara alınıb-satılır. Bu qiymət dünən 20 dollar, bir müddət əvvəl 19,5 dollar, ayın əvvəlində isə 16,5 dollar olub. Orta qiyməti 20 dollar səviyyəsində qiymətləndirib I rübün orta göstəricisinə nəzərən müqayisə aparsaq, 66 faiz ucuzlaşma üzə çıxar. Bu qiymət səviyyəsi qalıcı olarsa, sonrakı dövrdə mənfəət nefti və qazın satışından gəlirlər əhəmiyyətli dərəcədə azalacaq (1763∶59∙20≈598 milyon dollar).

İkinci və növbəti rüblərdə Fond gəlirlərinin azalmasını şərtləndirən mühüm səbəblərdən biri də bonuslarla əlaqəlidir. Belə ki, birinci rübdə sərmayəçilər Neft Fonduna 452 milyon dollar bonus ödəyib və bu məbləğ rüblük gəlirin 20 faizini təşkil edib. Məsələ ondadır ki, 2020-ci il üçün nəzərdə tutulan bonus ödənişlərinin hamısı birinci rübdə ödənilib. Odur ki, növbəti rüblərdə bu mənbədən gəlir əldə etmək mümkün olmayacaq.

Əgər bu iki mühüm dəyişmə fərqini əsas götürüb ilkin hesablamalar etsək, II rübdə mənfəət neftinin və qazın satışından, habelə tranzit və icarə haqlarından ümumi gəlirlərin ≈600 milyon dollar olacağını proqnozlaşdırmaq olar. Apreldə müşahidə olunan qiymət tendensiyası ilin sonunadək keçərli olarsa, II, III və IV rüblərdə rüblük gəlirlər I rübə nəzərən 73 faiz azalacaq [(0,600:2,219∙100)-100=-73%].

Bu arzuolunmaz ssenari Neft Fondunun başı üzərində kabus kimi gəzib dolaşmaqdadır. Neft Fondu 2020-ci ilin dövlət büdcəsinə ilin sonunadək 6,7 milyard dollar (11,35 milyard manat) ödəniş etməlidir və bunun 2,7 milyardını yanvar-mart aylarında ödəyib. Növbəti üç rüb ərzində isə əlavə 4 milyard ödəməlidir. Proqnozlaşdırılan gəlirlər isə 1,8 milyarddır (0,6 ∙3=1,8). Beləliklə, gəlir və xərclər arasında 2,2 milyard dollar (4,0-1,8=2,2) fərq yaranır. Bu açığı Neft Fondu, heç şübhəsiz, ehtiyatları satmaq yolu ilə örtəcək (alternativ mənbə də ola bilər, amma az ehtimallıdır). Birinci rübdə ehtiyatların ≈2 milyard dollar azalması faktını da üzərinə gəlsək, ilin sonunadək 4 milyarddan çox itki alınır.

Amma itkilər bununla da bitməyəcək. Çünki neftin hasilat və ixrac həcmlərinin azalacağı və bu prosesin ilin sonunadək davam edəcəyi istisna olunmur. Odur ki, həm bu, həm də burada haqqında danışmadığımız digər amillərin təsiri ilə ehtiyatların daha çox düşəcəyi gözlənilir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button