2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Neft Fondunun ehtiyatları azalıb

2015-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) və Mərkəzi Bankın (AMB) strateji valyuta ehtiyatları 38 mlrd. 590,8 mln. dollar səviyyəsində olub.

İl ərzində strateji valyuta ehtiyatlarında 12 mlrd. 271,6 mln. dollar həcmində və ya 24,1% azalma müşahidə edilib. “Bu azalma enən neft qiymətlərinin Azərbaycan manatının məzənnəsinə mənfi təsirlərinin qarşısını almağa çalışan AMB-nin çoxmilyardlı valyuta intervensiyaları ilə bağlı olub”, – deyə hesabatda bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Ehtiyatların 87%-i və ya 33,57 mlrd. dolları ARDNF-nin, qalan 13%-i və ya 5,03 mlrd. dolları AMB-nin vəsaitlərinin payına düşüb.

Hesabat ilində ARDNF-nin valyuta ehtiyatları dollar ifadəsi ilə 9,5% və ya 3,53 mlrd. dollar həcmində azalaraq, ilin sonuna 33,57 milyard dollar təşkil edib. (apa)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button