2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Neft Fondunun gəlir və xərcləri açıqlandı

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 873,9 mln. manat təşkil edib
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) bu ilin I rübü üzrə büdcə gəlirləri 3 mlrd. 272,5 mln. manat, büdcə xərcləri isə 3 mlrd. 847,5 mln. manat təşkil edib. “APA-Economics” xəbər verir ki, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hesabat dövründə ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 mlrd. 899,1 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2 mlrd. 894,4 mln. manat, bonus ödənişləri 0,1 mln. manat, tranzit gəlirləri 4,6 mln. manat təşkil edib.

Bu ilin aprelin 1-nə Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 373,4 mln. manata bərabər olub.

Saytların yığılması Saytlarin yigilmasi

Hesabat dövründə ARDNF-nin 2017-ci il büdcəsinin icrası çərçivəsində 1 mlrd. 525 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 27,8 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 8,5 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 1,3 mln. manat vəsait ayrılıb. 2 mln. manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. “Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2 mlrd. 279 mln. manat Azərbaycan Mərkəzi Bankına transfert edilib. 2017-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 3,9 mln. manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 873,9 mln. manat təşkil edib”, – deyə Ş. Mövsümov bildirib.

2017-ci il aprelin 1-nə Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 mlrd. 147 mln. dollar) nisbətən 0,18% artaraq 33 mlrd. 207,2 mln. dollara bərabər olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button