2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Neftin “qara üzü”

Bakıda güclü küləyin əsməsi adi sayılır. Ancaq 2015-ci ilin soyuq dekabr günündə əsən külək bir başqaydı. Dekabrın 4-də küləyin gücü saniyədə 40 metrə çatırdı. Küçədə sürüklənən adamlar özlərini tez evə çatdırmağa tələsirdilər.

Açıq dənizdə isə o gecə dəhşətli faciə yaşanırdı. Dalğaların hündürlüyü 10 metrə çatırdı. Xəzər dənizində Dövlət Neft Şirkətinin Günəşli yatağında, 10-cu özüldə baş verən qaz partlamasından sonra yanğın başlamışdı. Həmi vaxt özüldə 63 nəfər olmuşdu. Onlardan 33 nəfəri xilas edilmişdi, 12 nəfərin cəsədi tapılmışdı. 18 nəfərsə itkin düşmüşdü. “Neft Daşları”ndakı qəzada isə köməkçi tikilinin uçması nəticəsində 3 neftçi həlak olmuşdu.

“Gözləyindən başqa heç nə demirlər”…

Saytların yığılması Saytlarin yigilmasi

Hadisədən sonra Azneft İstehsalat Birlyinin Zığ qəsəbəsində itkin düşənlərlə bağlı yaradılan qərargahın qarşısında itkin düşənlərin yaxınları var-gəl edir, ümidlə cavab gözləyirdilər. Onlardan biri, Namiq İbrahimov qohumu Xaliddən xəbər almaq istəyirdi: “Gözləyindən başqa heç nə demirlər. Nə qədər gözləmək olar”. Həmin günlər 45 yaşlı Xalid İbrahimovun qızı Gülər facebook profilində yazırdı: “Atam da yataqda itkin düşüb. Xahiş edirəm dəqiq məlumnat bilən varsa desin. Biz onun yolunu gözləyirik”. Faciə zamanı itkin düşən neftçilərd ən kiçiyii 22 yaşlı Tural Babazadə idi.

«Qardaşımın itkin düşdüyünü mənə deyə bilmədilər. Dəstəyi qırağa qoyub, susdular. Bir azdan qız dəstəyi götürdü, qərargaha zəng vurmağı məsləhət gördü… Hər şeyi anladım…». Bunu isə Fərman İsgəndərov – dənizdə itkin düşən Habil İsgəndərovun qardaşı deyirdi.
Günlər keçdikcə, hava daha da soyuduqca itkin düşənlərin sağ qalma ehtimalı azalırdı. İitkin düşənlərin yaxınlarının da ayağı artı qərərgahın qarşısından kəsilirdi.

“Niyə”lərə cavab tapılmırdı

Həmin dövrdə hadisənin araşdırılması məqsədilə baş nazir Artur Rəsizadənin başçılıq etdiyi Dövlət Komissiyası yaradılmışdı. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı isə sual edirdi: “Niyə həmin hadisəylə bağlı bir nəfər belə məsuliyyətə cəlb edilmədi? Hətta işdən çıxarılan da olmadı. Niyə “Günəşli” yatağındakı 10-cu və 19-cu platformalarda vaxtaşırı qəza baş verir? Bu hadisələrin kökündə nə dayanır? Niyə araşdırılmır? Araşdırılırsa, niyə açıqlanmır? Niyə qaz sızması haqda məlumat verildiyi halda, təmir işi aparılmayıb? Niyə qasırğa haqda məlumat verilsə də, işçilər ordan uzaqlaşdırılmayıb? Bu ‘niyə’lərə cavab hələ də cavab yoxdur”. Mirvari Qrəmanlı deyirdi ki, neftçilərlə aparılan söhbətlərdən məlum olub ki, «Günəşli» yatağında boru xəttində xamutun boşalması nəticəsində qaz sızması olub: “Bu haqda hadisə baş verməzdən bir gün əvvəl telefonoqrama ilə mərkəzə xəbər verilib. Lakin onlara bildirilib ki, istehsalatı dayandırmaq olmaz» . M.Qəhrəmanlının sözlərinə görə, neftçilər bildirib ki, insan itkilərini minimuma endirmək, müəyyən işləri məhdudlaşdıraraq, işçiləri dərhal çıxarmaq olardı. M.Qəhrəmanlının sözlərinə görə, Azərbaycanda dəniz neftçıxarma platforma və estakadalarında son illər baş vermiş qəzaların xronikasına nəzər yetirdikdə, dekabrın 4-də baş vermiş qəza qədər ağır hadisə olmayıb. M. Qəhrəmanlı bildirib ki, dövlət qurumları ictimaiyyətə vaxtında məlumat verməyib, ARDNŞ və Fövqəladə Hallar Nazirliyi gecə yarısına kimi susmağa üstünlük verib: “Hətta məlumat yaydılar ki, artıq platformadakı bütün işçilər yanğın baş verən ərazidən çıxarılıb». ARDNŞ vitse-prezidenti Xoşbəxt Yusifzadə isə deyirdi kəmər güclü küləyə görə partlayıb.
Dekabrın 4-də «Günəşli» yatağındakı 10-cu dərin dəniz özüldə baş vermiş yanğın dünyanın ən böyük neft fəlakətlərinin ilk onluğuna düşüb. İtkilərin sayında görə bu qəza dünyadakı 10 ən pis fəlakətin arasında 7-ci pilləni tutur.

Üstündən bir il keçəndən sonra…

Bu hadisənin üstündən bir il 11 gün keçəndən sonra, 2016-cı il dekabrın 15-də Xəzər dənizində Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində faciə baş verdi. Dekabrın 15-də saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurdu. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşdü. Rəsmilər bu dəfə də hadisəyə güclü küləyin səsəb olduğunu desələr də mütəxəssislər keyfiyyətsiz işin əsas səbəb olduğunu vurğulayırdılar. Estakadanın qəzalı olduğu bildirildi. Bu estakada 1978-ci ildə təhvil verilibmiş.

Bu günlərdə isə həmin hadisə nəticəsində itkin düşənlərdən daha inbir nəfə meyiti tapılıb. Avqustun 18-də axşamüstü “Daş Zirə” adasında tapılan meyitin kimliyi müəyyənləşib. Dövlət qurumlarının birgə yaratdığı və axtarışı yerinə yetirən Qərargahın mlumatına görə, tapılan meyitin «Azneft» İstehsalat Birliyinin (İB) N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsinin əməkdaşı Samir Əsədov olduğu müəyyən edilib.

Bu vaxta qədər həmin hadisə zamanı itkin düşən 10 neftçidən 8-nin meyiti tapılıb.

2016-cı ilin sentyabrında yenə də Günəşli yatağında yanğın olmuşdu. Bu dəfə yatağın 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən yanğın baş vermişdi. Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilirdi ki, hadisə baş verən zaman özüldə olan 69 nəfər təxliyyə edilib, insan təlafatı olmayıb.

Günəşli yatağı 1981-ci ildə, Bakıdan 90 km aralıda kəşf edilib. 2008-ci ildən burda neft hasilatına başlanılıb.

Xronika nə deyir?

Azərbaycanda dəniz neftçıxarma platformalarında qəzalar demək olar ki, hər il olub. Ancaq 1985-ci ildən 2012-dək miqyasına görə 2015-ci ilin dekabrın 4-də baş vermis qəza qədər ağır hadisə baş verməyib.

23 oktyabr, 2014-cü il. Bakıdan 40 kilometr cənubda yerləşən Nərimanov adına NQÇİ-nin sahəsində 441 nömrəli platformanın uçması baş verib. SOCAR-ın məlumatına görə, həmin vaxt platformada olan 41 neftçidən 37-si evakuasiya olunub. İtkin düşən 4 neftçidən üçünün cəsədi platformadan iki kilometr aralıda aşkar olunub. 1 nəfər tapılmayıb.

17 avqust, 2013-cü il. “Bulla-dəniz” platformasında kəşfiyyat qazması zamanı qəza baş verib. Bakının 80 kilometrliyindəki quyuda yanğının tam söndürülməsi üç ay davam edib. Yanğının söndürülməsində xarici şirkətlərdən biri, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Sərhəd Qoşunları iştirak edib. Rəsmi məlumatlara görə qəza qurbansız başa çatıb.

28 sentyabr, 2011-ci il. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) işlədiyi Günəşli dəniz yatağının Günəşli-14 platformasında şirkətin 2 əməkdaşı həlak olub, 1 nəfər isə ciddi xəsarət alıb. İlkin məlumatlara görə, hadisə təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib.

ANAR HƏSƏNOV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button