2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Neftin qiymətində rekord ucuzlaşma

ADR sədri Qubad Ibadoğlu

Azərbaycan neftinin qiyməti 28 faiz də ucuzlaşaraq 32 dollar oldu.

Saytların yığılması Saytlarin yigilmasi

Goldman Sachs Group Inc qiymətlərin 1 barrel üçün təxminən 20 dollara düşə biləcəyini proqnoz edir.

Bilmirsən ki, baş verənlərə sevinəsən, yoxsa kədərlənəsən.

OPEC+ formatının dağılması ilə Səudiyyə Ərəbistanı və Rusiya arasında siyasi və iqtisadi nəticələrə səbəb ola bilən hasilat müharibəsi başladıqdan dərhal sonra ilk iş günüdə neft bazarlarında qiymətlər 30 faizdən çox aşağı düşüb. Belə ki, Brent neftinin qiyməti Asiya birjalarının açlışının başlanğıc dəqiqələrində 1991-ci ildə Körfəz müharibəsi dövründə baş verən enmədən sonra 31,02 dollar olmaqla ikinci böyük ucuzlaşmasını yaşayıb.
Sonradan nisbi sabitləşən neft qiymətləri WTI Crude Oil (Nymex) USD/bbl. 32.51, Brent Crude (ICE) USD/bbl. 35.60 səviyyəsində qərarlaşıb. Lakin bu da son hədd deyil. Goldman Sachs Group Inc qiymətlərin 1 barrel üçün təxminən 20 dollara düşə biləcəyini proqnoz edir.
Heç şübhəsiz ki, neft qiymətlərinin kəskin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsiri birbaşa və güclü olacaq. Əldə edilən gəlirləri 1 barrel üçün neftin qiyməti 55 dollar səviyyəsində hesablanan Dövlət Neft Fondunun (DNF) və dövlət büdcəsinin mədaxilində çətinliklər yaranacaq və belə situasiya davamlı olarsa hökümət ilk növbədə DNF-nin, sonra isə dövlətin büdcəsinə yenidən baxmalı olacaq. Əks təqdirdə DNF-nin dövlət büdcəsi, dövlət büdcəsinin də aztəminatlı əhali və maliyyəşdirdiyi təşkilatlar qarşısında öhdəliklərinin icrasında problemlər yaranacaq. Neft qiymətlərinin ucuzlaşması qaz ixracatından əldə edilən gəlirlərə də təsir etdiyindən SOCAR-ın da işçiləri və müştərək investorları qarşısında öhədliklərinin yerinə yetirilməsi imkanları pisləşəcək.
Anti-demokratik ölkələrin, o sıradan Azərbaycanın 2015-16-cı illər təcrübəsi göstərir ki, belə situasiyada avtoritar ölkələr xərclərini “əhalini vergi və rüsumlarla yükləməklə” çıxardırlar. Görsənən odur ki, bu vəziyyətdən çıxış yolu axtaran hakimiyyət neft-qaz gəlirlərinin azalmasından olan itkiləri əhalinin büdcə və SOCAR qarşısında öhdəliklərini artırmaqla, eləcə də manatın ucuzlaşmasına rəvac verməklə tarazlaşdırmağa çalışsın. Odur ki, manatın əvvəlki kimi kəskin olmasa da yumşaq devalvasiyası qaçılmazdır.
Başqa variant benzinin qiymətlərinin, su, elektrik və qaz tariflərinin bahalaşması və borclanmaya getmək də ola bilər. Odur ki, bilmirsən ki, dünya bazarında neftin qiymətinin ucuzlaşmasına sevinəsən, yoxsa kədərlənəsən. Hər ikisi sıravı vətəndaş üçün pisdir. Belə ki, neftin qiyməti bahalaşanda gəlirlər bir qrupun əlində cəmlənir, qiymət ucuzlaşanda isə xərclər hamının, daha çox da yoxsul təbəqənin üzərinə doyulur.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button