2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Niyaməddin Əhmədov  aclığı  aksiyanın 21 -ci günündə  dayandırdı

Bakı/13.10.21 Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov aclığı  aksiyanın 21 -ci günündə  dayandırdı. O bu addımı yaxınlarının və  AXCP rəhbərliyinin israrlı istəklərindən sonra atdı. Bu barədə Turana vəkil Zibeydə Sadıqova məlumat verib.

Xatırladaq ki, Niyaməddin Əhmədov Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisidir. 16 aprel 2020-ci il tarixində karantin rejimini pozduğuna və polisə müqavimət göstərdiyinə görə 30 sutka həbs edilib.

Sonradan  ona qarşı terrorizmin maliyyələşdirilməsi ittihamı irəli sürülüb və səbəb kimi xaricdən pul alması göstərilib.

Saytların yığılması Saytlarin yigilmasi

Əhmədov həbsdə olarkən ondan partiya liderinin əleyhinə ifadə almaq üçün işgəncələrə məruz qoyublar. Ancaq o, ifadə verməyib.

Oktyabrın 8-də məhkəmə onu 13 il müddətinə azadlıqdan məhrum edib.

Sentyabrın 22-dən, prokurorun Əhmədovun barəsində ittiham hökmünü oxuduğu vaxtdan aclıq edir.

Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıblar.

Müdafiə tərəfi birinci instansiya məhkəməsinin qərarından apellyasiya verəcək. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button