2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

NRYTN-də kütləvi ixtisar – Ramin Quluzadə YAP-çıları işdən çıxarır

“Ali təhsilli mütəxəssislər “öz ərizələri” ilə işdən çıxmağa məcbur edilir

“Dövlət əhəmiyyətli tədbirlərdə, Prezident, Milli Məclis, Bələdiyyə və Referendum seçkilərində fəal iştirak etmişik”

“Nəqliyyat, Rabitə İnformasiya Texnologiyaları Nazirliyində ali təhsilli, 15-40 il arasında işləmiş, peşəkar mütəxəsislər tutduğu vəzifələrindən kənarlaşdırılır,  əvəzində isə ali təhsili olmayan kollec, peşə təhsilli olanlar işlə təmin olunurlar”.

Bunu ölkə başçısına və digər aidiyyatı qurumlara müraciətində nazirliyin tabeliyindəki Xətai, Yasamal, Nizami Telefon qovşağının əməkdaşları iddia edir (adlar yazının sonuna əlavə olunub).

Saytların yığılması Saytlarin yigilmasi

“Bildirilir ki, bir neçə şöbə bağlanacaq”

Surəti 24saat.org-a təqdim olunan müraciətdə qeyd edilir ki, səbəbin nə olmasını dəqiq deyən yoxdur. “Qeyri peşəkar əmək, təcrübəsi olmayanlar və əsası ali təhsilə malik olmayanlar, bizimlə əvəz edilməkdədir. Bəziləri bildirir ki, dövlət büdcəsində maliyyə az olduğundan Rabitə Qovşaqlarda Abunəçilərlə Hesablaşma, Lokal Komputer Şöbəsi, Muhasibat Uçot Şöbəsi va Maliyyə Şöbəsi və bir neçə şöbənin bağlanacaq. Qovşaqlarda işləyənləri başqa işlə təmin etmirlər”

“109 Məlumat Sorğu xidməti”nin 100-dən çox əməkdaşı işdən kənarlaşdırılıb”

Müraciət sahibləri qeyd edirlər ki, bundan öncə “109 Məlumat Sorğu xidməti”nin 46 xanım işçisini, sonra isə 2018 yanvar ayında məcburən, 120 nəfəri tutduğu vəzifədən azad olunmaları üçün müxtəlif təzyiq tədbirləri müəyyən edərək öz ərizələri ilə işdən kənarlaşdırılıblar.

“Bəziləri isə hansısa səbəbdən təzə işçi olaraq işə götürürlər. Bu diktatorların, konistitisyon və Demokratik Dövlətdə anarxiya yaradması çox maraqlıdır. Bəzi məmurlar Prezidentə qarşı nalayıq addım atmaqla, işçilərin sayını artırmış olurlar. Dövlətin son zamanlar iş fondunun yaranması, işsizliyin aradan qaldırılması planı, demək olar ki, dinc vətəndaşların rifah halını yaxşilaşdırmaqdır. Amma çox təssüflər olsun ki, Rabitə Qovşaqlarında çalışan, Yeni Azərbaycan Patiyasının üzvü, veteran, əlil, məcburi köçkün və qaçqınların kütləvi şəkildə işdən çıxmaları ilə bağlı 15-40 il, rabitə sahəsində, əmək təcrübəsi və əmək qabiliyyəti olan dinc Azərbaycan vətəndaşlarının rəhbərlik tərəfindən, kobudcasına insanlıq, vətəndaşlıq, əmək və istirahət hüquqları tapdalanmaqdadır”.

“Öz ərizənizlə işdən azad olun”

Ramin Quluzadə — Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Şikayətçilərin sözlərinə görə, ali təhsili və iş təcrübəsi olanlara bildiriş verərək demişlər ki, 9 iş həftəsinə kimi həftədə 1 gün özünüzə iş axatrın və yaxud öz ərizənizlə işdən azad olun deyiblər.

“Yuxarıda yazılanlardan aydın olur ki, Rabitə qovşaqlarında kütləvi şəkildə işçilərin çıxarılması Prezidentə, Dövlətə qarşı naxələflik və xəyanətdir. Azərbaycan Respublikasının, müstəqiliyi, azadlığı hər bir və vətəndaş üçün müqəddəsdir. Bu məqsədlədə bizlər Dövlət əhəmiyyətli müxtəlif tədbirlərdə iştirak etmişik. Prezident, Milli Məclis, Bələdiyyə və Referendum seçkilərində fəal iştirak etmişik. Yeni Azərbaycan Partiyasının Qurultayında fəallıq göstərmiş, ali təhsilli peşəsinə hörmətlə yanşan dinc Azərbaycan vətəndaşıyıq.

“Dövlətin içərisində dövlət qurmaq istəyənlər vətəndaş qarşudurması yaratmaq niyyətindədir”

Nazirlik əməkdaşları vurğulayır ki, onlara Rabitə Qovşaqlarının rəhbəri və kargüzarlıq şöbsəinin müdiri 2018-ci ilin yanvar ayının 24-dən hər bir işçiyə cibinin gözüylə baxaraq dinclik vermir:

“İşçilərlə bir illik müqavilə bağlayıblar. Buna baxmayaraq, işçilərin, işdən çixmaları üçün hər gün ssenari yazırlar. Heç bir işçinin bilik səviyyəsini attestasiya etmirlər, ailə vəziyyətini nəzərə almırlar, ali təhsilinə və iş təcrübəsinə baxmayaraq, Azərbaycan Respublikasi Konistitisiyasına, Əmək məcəlləsinə hörmətsiz yanaşaraq, Dövlətimizi təhlükə ilə üzləşdirmək üçün işçiləri tutduğu vəzifələrdən hansısa yolla kənarlaşdırılar. Dövlətin içərisində, dövlət qurmaq istəyənlər, dinc vətəndaşların hüquqlarına cəngəllik qanunlari ilə yanaşaraq işsizliklə vətəndaş qarşudurması yaratmaq niyyətrindədirlər.”

“Nəticəsi acınacaqlı görünən yanaşmanın sonu acı göz yaşları ilə qutarmasın deyə…”

Müraciəti imzalayanlar sonda aidiyaytı şəxslərdən kömək istəyirlər:

“Nəticəsi acınacaqlı görünən yanaşmanın sonu acı göz yaşları ilə qutarmasın deyə biz aşağida imza edənlər – Xətai, Yasamal, Nizami Telefon qovşağının işçiləri Sizlərdən xahiş edirik ki, problemə aydınlıq gətirəsiniz. Demokratik bir dövlətdə, hüquqi müstəvidə, qanun aliliyinə əsaslanaraq kobudcasına pozmaqda olan əmək müqaviləsinə, qanun çərçivəsində yanaşasınız. Bizlərin işlədiyi şöbələrin bağlanma ehtimalı dövlət büdcəsilə bağldırsa, bizləri başqa vəzifələrə keçirilməsi üçün göstəriş verəsiniz. İnanırıq ki, işsizlik proqramını nəzrə alaraq bizlərə köməklik göstərəcəksiniz .Ümid edirik ki, Sizlərin xüsusi qayğısı nəticəsində heç bir Azərbaycan vətəndaşımız işsiz qalmayacaq”.

Müraciət Prezident Cənab İlham Əliyevə, Birinci Vitse Prezident Xanım Mehriban Əliyevaya, Bas nazir Novruz Məmmədova, Milli Məclıisin sədri Oktay Əsədova, Baş Prokuror Zakir Qaralova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovaya, Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynovaya, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyeva, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədova, Əmək və Əhalinin Sosial Müdafiə naziri cənab Sahil Babayevə, Nəqliyyat , Rabitə və Yüksək Texnologiyaları naziri  Ramin Quluzadəyə ünvanlayıblar.

Müraciəti imzalayıblar:

  1. XTQ-UŞ-nin mühəndis H.Q.Əliyeva, YAP 211705 
  2. XTQ-EATS 566 mühəndisi V.İ.Yunusova
  3. EATS 323 stansiya mühəndisi F.Əliyeva YAP 202736
  4. XTQ-AHŞ-nin mütəxəssisi A.A.Məmmədova
  5. XTQ-LŞ-nin mühəndisi S.A Süleymanova
  6. NTQ AHŞ-nin texniki F.Hüseynova YAP 447311
  7. NTQ AHŞ-nin texniki M.Əliyeva YAP 441093
  8. NTQ Abunə Şöbənin rəisi E.F.Xəlilov YAP 160079
  9. NTQ LKŞ mühəndisi F.Quliyeva YAP 
  10. NTQ Abunə Şöbənin mühəndisi Ə.M.İsmayılov YAP 283669
  11. NTQ LKŞ-nin rəisi H.Y.Rzayev YAP 383218
  12. EATS 371 stansiya mühəndisi Z.Ağayeva YAP 378621
  13. XTQ-AHŞ-nin mütəxəssisi Ş.İ.Səfərova
  14. XTQ-MƏŞ-nin rəisi S.R.Nağıyeva YAP 070335 
  15. XTQ-MƏŞ mühəndisi R.Y.Yarəhmədov

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button