Loading...
Loading...
Texnologiya

Nüfuzlu insayder Snapdragon 8 Gen 2 flaqman prosessorunun bəzi özəllikləri barəsində məlumat verib

    Digital Chat Station ləqəbli məşhur insayder Qualcomm şirkətinin yeni flaqman prosessorunun texniki özəllikləri və təqdimat tarixi barəsində məlumatlar verib. Söhbət, Snapdragon 8 Gen 2 prosessorundan gedir. Məlumata əsasən sözügedən prosessorun performansı Snapdragon 8 Gen 1 ilə müqayisədə daha da artacaq və o, Android vasitəsilə çalışacaq növbəti nəsil flaqman smartfonlarda mobil internet imkanlarını genişləndirəcək. Məlumatda qeyd edilib ki, Snapdragon 8 Gen 2 prosessoru “1+3+4” sxemi üzrə 3 klasterdən ibarət olacaq. Bu isə o deməkdir ki, prosessor  Cortex-X seriyasına aid olan 1 ədəd supernüvədən, 3 ədəd yüksək performanslı nüvədən və 4 ədəd enerji effektivliyi nüvəsindən ibarət olacaq. Bundan əlavə olaraq Snapdragon 8 Gen 2 modeli Snapdragon X70 5G modemi ilə təchiz olunacaq və bu modem saniyədə 10 Gbit yükləmə sürətini təmin edəcək.

    Həmçinin yeni flaqman prosessor yenilənmiş neyron modulu özündə birləşdirəcək. Yenilənmiş neyron modul öz növbəsində süni zəka ilə bağlı olan əməliyyatların daha sürətlə yerinə yetirilməsi şəraitini yaradacaq. Snapdragon 8 Gen 2-nin bu ilin sonunda təqdim və TSMC şirkətinin zavodlarında istehsal ediləcəyi gözlənilir. İstehsalat zamanı isə 4 nanometrlik texnoloji prosesdən istifadə ediləcək. Məlumata əsasən Qualcomm şirkəti sözügedən prosessoru əslində bu ay təqdim etməyi planlaşdırırdı. Lakin Çində COVID-19 pandemiyasının yenidən kəskinləşməsi səbəbilə təqdimat təxirə salındı. Gözləntilərə əsasən Snapdragon 8 Gen 2-ni əldə edəcək ilk smartfon Motorola Edge 30 Ultra modeli olacaq. Qeyd etmək lazımdır ki, keçən ilin sonunda təqdim edilmiş Snapdragon 8 Gen 1 prosessorunu ilk əldə etmiş smartfon modeli məhz Motorola Edge 30 Pro olmuşdu.

Gözdən qaçırmayın:  Google, Apple, Microsoft şirkətləri bütün əsas platformalarında şifrəsiz giriş imkanını istifadəyə verəcəklər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button