2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Nyu-York Tayms Papanın Azərbaycan səfərini tənqid edib

Nyu-York Tayms qəzeti Papa Fransisin Azərbaycana ziyarəti barədə məqalə yayımlayıb.

Məqalədə Roma Papasının Azərbaycanda sivil azadlıqların və insan haqlarının pis vəziyyətinə səssiz qalmağı qeyd olunub. Bildirilir ki, insan haqları qrupları ölkədə jurnalistlərin və siyasi dissidentlərin həbs edilməsi, insan haqları vəkillərinin kollegiyadan çıxarılması, sivil vətəndaş qruplarına basqılar da daxil olmaqla, bir çox repressiya faktlarını sənədləşdirib.

Saytların yığılması Saytlarin yigilmasi

Nəşrdə o da qeyd olunur ki, Papanın bu addımı sürpriz sayılmamalıdır. O, beynəlxalq səfərlər zamanı adətən hökuməti birbaşa tənqid etməyə ehtiyatla yanaşır, üstüörtülü tənqidlər etməyə üstünlük verir.

Qəzetdə ölkədə insan haqlarının ağır durumundan və Xədicə İsmayılın həbsindən ətraflı şəkildə bəhs edilir: “Əliyev ifadə azadlığı və siyasi dissidentlər üzərində repressiyalara görə ağır beynəlxalq tənqidlərlə üzləşib. Araşdırmaçı jurnalist Xədicə İsmayılova Əliyev hökumətinin korrupsiya faktlarını aşkar etdiyinə görə vergidən yayınma ittihamı ilə həbs edilmişdi. İsmayılovanın adından aparılan genişmiqyaslı beynəlxalq kompaniyalar bu həbsi Əliyev üçün utanc qaynağına çevirdi və bu onun may ayında şərti cəza ilə azad edilməyinə gətirib çıxardı”.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button