2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Ölkədə geniş pul kütləsinin həcmi tarixi rekordu yeniləyib

Cari ilin avqustun 1-nə Azərbaycanda geniş pul kütləsinin (M3) həcmi yeni tarixi rekorda – 31 507,3 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu göstərici aylıq müqayisədə 4% artıb.Banklardan kənarda nağd pul kütləsinin həcmi (M0) avqustun 1-nə 11 049,6 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 2,9%, illik müqayisədə isə 13,6% artım deməkdir.

Qeyd edək ki, bundan əvvəl 2021-ci ilin iyunun 1-nə ölkədəki geniş pul kütləsinin həcmi indiyədək qeydə alınan ən yüksək göstəriciyə – 30,457 mlrd. manata çatmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanda geniş mənada pul kütləsi (M3) 8,3% artaraq 2021-ci ilin sonuna 31,608 mlrd. manata çatacaq.

Geniş pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur. Mərkəzi banklar, xüsusilə də pandemiya dövründə uçot dərəcələrini azaldaraq kreditləşməni stimullaşdırır, bununla da iqtisadi canlanma və artıma nail olmaq məqsədi güdür.

İqtisadiyyatda pul kütləsi artdıqca, bizneslərin maliyyəyə çıxışı asanlaşır və iqtisadiyyatın böyüməyə meylləri çoxalır. Lakin geniş pul kütləsinin artımı real ÜDM istehsalının böyüməsini qabaqlayarsa, bu, inflyasiyaya yol aça bilər.

APA

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button