Bizim tərcüməDünya

Onların havada toqquşduğu anlar dəhşətli idi… ABŞ-da baş verən fəlakətli təyyarə qəzasında yeni hadisə

ABŞ-da baş verən təyyarə qəzasının görüntüləri dəhşətli olub. Texas ştatının Dallas Executive Hava Limanında keçirilən “Wings Over Dallas” aviaşousu zamanı iki Boeing B-17 və Bell P-63 təyyarələri havada toqquşub. Təyyarələrin toqquşma anı və yerə dəyərkən ortaya çıxan alov kameralar tərəfindən saniyə-saniyə qeydə alınıb. Fəlakətli təyyarə qəzası ilə bağlı yeni açıqlama gəlib.

Dallas rayon hakimi Clay Jenkins, nümayişdə baş verən qəzada 6 nəfərin həyatını itirdiyini bildirərək, səlahiyyətlilərin qurbanların şəxsiyyətlərinin müəyyən edilməsi üçün işlərini davam etdirdiklərini bildirib. Müttəfiq Pilotlar Dərnəyindən verilən açıqlamada keçmiş üzvlər Terri Barker və Len Rootun B-17 təyyarəsində olduğu və həyatını itirdiyi bildirilib. (İHA)

a4

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  3,4 milyon dollar dəyərindədir! 192 tarixi əsər Pakistana qaytarılıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button