Onminlərlə azərbaycanlı Avropaya üz tutur – VİDEO

Azərbaycandan siyasi sığınacaq axtaranların sayı kiçik bir şəhərin əhalisinin sayı ilə müqayisə ediləcək qədərdir – 40 min nəfərdən çox.

Bu qədər sayda Azərbaycan vətəndaşı ötən on ildə dünyanın müxtəlif ölkələrində siyasi sığınacaq üçün müraciət edib. Onların hər biri müxtəlif növ risklərlə qarşılaşır – bir çox insan hətta ölkədən getməyə imkan tapmadan fırıldaqçıların yalanının qurbanına çevrilir və xeyli vəsait itirirlər; digərlərini isə deportasiya və vətənlərində xüsusi xidmət orqanlarının əzablı sorğu-sualları gözləyir. Meydan TV nəyin bahasına olursa-olsun, Azərbaycandan Avropaya köç etməyi qarşısına məqsəd qoyan insanların nələrlə üzləşdiyi haqda danışır.

Tanışların tanışları

10 min avro – Azərbaycanı dörd il öncə tərk edən Mehman Həsənov qaçqın statusu üçün məhz bu qədər vəsait xərcləməli olub. 2014-cü ildə işindən haqsız yerə çıxarıldıqdan sonra Mehman xaricə getmək üçün məsləhət verə biləcək hansısa firmaların axtarışına çıxır. Tezliklə tanışlarının tanışları tapılır və onlar Mehmana viza almaq üçün ərizəni doldurmağı öyrətməklə yanaşı, bəzi saxta sənədlər də hazırlayırlar. Mehmana izah edirlər ki, bu saxta sənədlər ona Almaniyada sığınacaq alacağına faktiki olaraq zəmanət verir. Saxta sənədlərin arasında Mehmanın guya müxalifət partiyasının üzvü olması haqda arayış da olub, digər sənədlər haqda isə, o, danışmamağa üstünlük verdi.

Xidmətlərə həm də sifarişçi üçün iş tapmaq da daxil idi: “Mənə bir il ərzində Almaniyada iş tapacaqlarını da vəd etmişdilər,” – Mehman Həsənov Meydan TV-yə danışır.

Tanışlarının tanışları başqa vədləri kimi, bunu da yerinə yetirmədilər (Mehman işi başqalarının köməyi olmadan tapır) və ən əsası isə Almaniya hökuməti də ona qaçqın statusu verməmək qərarına gəlir.

“İş tapdığıma və eyni zamanda çalışdığım sahə üzrə burada təhsil aldığıma görə mənə [sənədlər baxılmaq mərhələsində ikən], bir neçə illik yaşayış icazəsi verildi”, – o, belə deyir.

Mehman – ixtisasca mühəndisdir, Azərbaycanın nə nüfuzlu ali təhsil müəssisəsinin – Neft Akademiyasının məzunudur. O, Almaniyada  ixtisası üzrə iş tapa bilir. Su təchizatı və qızdırıcı sistemlər mütəxəssisi kimi çalışmağa başlayır. Bu iş imkanı yaranmasa idi, Mehmanı deport olunmaq təhlükəsi gözləyirdi.

Daha yaxşı həyat axtarışında

Avropaya köç edən azərbaycanlıların sayı artmaqda davam edir. Bununla bərabər sığınacaq axtaranların da sayı çoxalmaqdadır. Ötən il  Avropanın müxtəlif ölkələrində 6 mindən çox Azərbaycan vətəndaşı sığınacaq üçün müraciət edib. Onların yarıdan çoxu, 54 faizi bəxtini Almaniyada sınayıb.

“Azərbaycan Miqrasiya Mərkəsi“ İctimai Birliyinin rəhbəri Əlövsət Əliyevin sözlərinə görə, qaçqın statusu üçün müraciət edənlərin ən yüksək həddi 2016-cı ildə müşahidə edilib. Həmin ildə yalnız Almaniyada 6700 şəxs qaçqın statusu almaq üçün müraciət edib.

Sosioloji Monitorinqlər Mərkəzinin apardığı araşdırmaların nəticələrinə görə, demək olar ki, sorğuda iştirak edənlərin hamısı – 91 faizi onların yaxın çevrəsində ölkədəki ağır sosial-iqtisadi çətinliklər üzündən xaricə işləməyə gedən insanların olduğunu qeyd edib. Respondentlərin 58 faizi köçün əsas səbəbi kimi Azərbaycanda maaşların və təhsil səviyyəsinin aşağı olmasını göstərir, 22 faizi isə əsas faktoru korrupsiya hesab edir. Sorğunun digər iştirakçıları isə insanların ölkədən getməsini Avropada effektiv sosial təminatın olması ilə əlaqələndiriblər.

“Azərbaycan Miqrasiya Mərkəzi”nin rəhbəri hesab edir ki, xaricə köçməyi arzu edən minlərlə insan ordusunun olması fırıldaqçılar üçün yaxşı fürsət yaradıb. Onun sözlərinə görə, son illər ölkədən gedən Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti vətəndə turizm şirkətlərinə böyük məbləğdə pullar verməli olurlar. Belə hallarda təbii ki, hər hansısa bir rəsmi razılaşmadan söhbət getmir. Turizm şirkətinin əməkdaşı müştəriyə Avropada leqal status əldə etməyi vəd edərək, əvəzində ondan səyahət paketindən dəfələrcə daha çox olan məbləğı ödəməyi təklif edir. Bu cür xidmətlərin qiymətləri də müxtəlifdir. Adətən bir nəfərlik vizanın məbləğı 2 min avrodur. “Xidmətlər paketinə” aviabiletlər, hava limanında qarşılama, qaçqın düşərgəsində yerləşdirmə də daxil ola bilər və belə olan halda məbləğ də artır. Bir ailə üçün xərclərin həcmi 20-30 min avroyadək arta bilər. Avropaya köçməyə qərar verənlərin bir çoxu lazımi məbləğı əldə etmək üçün Azərbaycanda evlərini satmalı olurlar.

“Azərbaycan Miqrasiya Mərkəsi“ İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev
“Azərbaycan Miqrasiya Mərkəsi“ İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev

“İnsanlara vəd edirlər ki, pulu ödədikləri halda onlar mütləq qaçqın statusu əldə edəcəklər. Belə vədlər artıq insanları ehtiyatlandırmalıdır”, – Əlövsət Əliyev belə deyir:

“Çünki hətta prosedura uyğun bütün lazımı və həqiqətə uyğun sənədləri belə topladığın halda, kimsə buna zəmanət verə bilməz. Hətta vizanı alan turist avropalı sərhəd xidməti əməkdaşının xoşuna gəlmədiyindən onu geri ölkəsinə göndərməyəcəyindən sığortalanmayıb”.

Ə.Əliyevin sözlərinə görə, bəzi aldadılmış müştərilər fırıldaqçıları məsuliyyətə cəlb etməyə cəhd göstəriblər:

“Adətən polis bu cür ərizələri qəbul etmir. Lakin bu yaxınlarda onlar bir neçə şirkətin rəhbərini saxlamalı olublar. Və cəmi bir neçə gündən sonra onların hamısı azadlığa buraxıldı və çox güman ki, rüşvətin müqabilində”.

Bununla belə, Əlövsət Əliyev pul müqabilində satın aldıqları vədləri boşa çıxmış şəxslərin heç də hamısını qurban hesab etmir:

“Çoxu özünü aldanmış hesab edir. Lakin buna baxmayaraq, polisə müraciət etmirlər. Çünki hətta müvəqqəti və qanunsuz da olsa belə, Avropada qalmaq onları vətənlərindəki həyatlarından daha çox qane edir. Bəziləri tezliklə xərclədikləri pulun “əvəzini çıxara” bilirlər – sosial müavinət alırlar, ixtisaslaşdırılmamış qeyri-leqal işlər tapıb çalışırlar”.

Azərbaycanı dörd il öncə tərk edən Mehman Həsənov
Azərbaycanı dörd il öncə tərk edən Mehman Həsənov

54 pasport və ya “miqrasiya biznesi” necə işləyir?

“Sığnacaq alverçilərinin” dövlət orqanlarında öz adamlarının olmasını Mehman Həsənova 10 min avro müqabilində “hər şeyi düz-qoş” etməyi söz verən tanışları da deyiblər.

“Mənə bura gəlməyə kömək edənlər də dedilər ki, Azərbaycanda DİN-də və digər qurumlarda əlaqələri var. Onların həm də Almaniyada birbaşa öz yardımçıları var idi. Mən bura gələndə, onlardan biri mənimlə görüşmüşdü”, – deyə Mehman Həsənov xatırlayır.

Bu cür qeyri-leqal sxemə cəlb edilənlər Azərbaycanda həbs olunmasalar da, onların məsuliyyətə cəld edilməsinə Almaniyada rast gəlinir. Məsələn, alman mətbuatının yaydığı məlumata əsasən, bu ilin martında 7 nəfərin Almaniyaya qanunsuz gəlməsini təşkil edən 51 yaşlı bir azərbaycanlı qadın həbs edilib. Araşdırma nəticəsində onun Bakıda turizm şirkətləri ilə əlbir çalışdığı, həmçinin müştərilərindən 32 min avro əldə edəcəyi də müəyyən olunub.

İstintaq məlumatlarına əsasən, Almaniyaya gəlmək üçün müxtəlif hekayələrdən istifadə olunub. Bir halda təqsirləndirilən şəxs müştərilərinə Praqaya səyahət paketi alıb və Çexiyanın Azərbaycandakı səfirliyinə viza üçün ərizə verməyə kömək edib. Səfərin məqsədi kimi bal ayı gəzintisi göstərilib. Azərbaycan vətəndaşları Praqadan Almaniyaya gəlirlər və fırıldaqçılıqda təqsirləndirilən qadın çütlüyün pasportlarını əllərindən alaraq, onları Bielefeld şəhərindəki sığınacaq axtaranlar üçün mərkəzə gətirir. Bu xidmətlərinin müqabilində qadın onlardan 2500 avro almalı idi.

Axtarış zamanı təqsirləndirilənin mənzilində 54 Azərbaycan pasportu tapılıb. Polis zərərçəkənlərin sayının daha çox olduğunu ehtimal edir və araşdırma davam edir.

Mehman Həsənovun da sənədləri, Almaniyaya gəldikdən sonra onu burada qarşılayan “vasitəçi” şəxs tərəfindən alınıb. O, bunun, miqrasiya xidmətinin sığınacaq axtaran şəxslərin Almaniyaya hardan giriş etdiyini müəyyənləşdirə bilməməsi bəhanəsi ilə olunduğunu düşünür. Sığınacaq axtaranlar isə miqrasiya xidmətinə sənədləri itirdiklərini deyirlər.

“Psixoloji olaraq çətindir”

Yeni miqrant olanlar arasında başqa bir ölkəyə gələrkən məyusluq hissi keçirməyən çox az sayda adama rast gəlmək olar. Bəzən qaçqın statusunun alınması illərlə gözləmək deməkdir və heç də arzulamadığın şəaitdə yaşamalı olursan: sığınacaq axtaranlar həbsxana qaydaları ilə idarə olunan qapalı düşərgələrdən, yataqxanalardakı dar otaqlardan, hətta yeraltı bunkerlərdən söhbət açırlar.

“Mən artıq bir ildir ki, Amsterdamdan bir xeyli uzaqda, kiçik bir şəhərcikdəki qaçqın düşərgəsində, qızım və həyat yoldaşımla birgə kiçik bir otaqda yaşayıram. Psixoloji olaraq çox çətindir”, – Hollandiyada sığınacaq üçün müraciət edən jurnalist Tural Qurbanlı danışır. Deyir məcburiyyət qarşısında qalmasa idi, heç zaman Avropada qaçqın həyatını könüllü olaraq seçməzdi.

Hollandiyada sığınacaq üçün müraciət edən jurnalist Tural Qurbanlı və ailəsi
Hollandiyada sığınacaq üçün müraciət edən jurnalist Tural Qurbanlı və ailəsi

Ekspertlərin sözlərinə görə, Avropada qaçqın statusu üçün müraciət edərkən əksər azərbaycanlılar siyasi təqibləri əsas gətirirlər, lakin onların arasında həqiqi təqiblərə məruz qalanların faizi çox aşağıdır. Statistikaya əsasən Almaniya hökuməti sığınacaq üçün müraciət edən Azərbaycan vətəndaşlarından təxminən 15 faizini təmin edir. Müraciətləri təmin edilməyənlər isə deportasiya olunur. Bu ilin 9 ayı ərzində artıq 1300-ə yaxın şəxs barəsində ölkəni tərk etmək haqda qərar verilib. Onlardan biri də Mehman Həsənovun həyat yoldaşıdır:

“İşimlə əlaqədar mənə Almaniyada 2021-ci ilə qədər qalmağa icazə verilsə də, yoldaşıma bəzi sənədləri hazırlamalı olduğunu bildirdilər. O müddətdə mən işdə olarkən, həyat yoldaşım mənə zəng etdi ki, polislər immiqrasiya xidmətinin əməkdaşı ilə birgə onu deport etmək üçün evimizə gəliblər. Yoldaşıma heç ona lazım olan bəzi şeyləri belə götürməyə imkan verməyiblər. Təcili götürüb gediblər. O da, Azərbaycanda bəzi çətinliklərlə üzləşsə də, sağ-salamat gedib çatıb”.

Mühacirin müvəqqəti sığınacaqda yaşadığı otaq
Mühacirin müvəqqəti sığınacaqda yaşadığı otaq

Rədd cavabı aldıqlarına görə Avropadan deportasiya olunan və ya könüllü getməyə məcbur qalanların bir qismi təslim olmur: 2017-ci ildə 1152 nəfər Azərbaycan vətəndaşı Almaniya hökumətinə təkrar müraciət edib. Və onlardan yalnız 8,9 faizi qaçqın statusu ala bilib.

Deportasiyaları bir çoxu isteriya ilə qarşılayır: özünə qəsd və polisə müqavimət kimi hallara da rast gəlinir. Bu ilin yanvarında deportasiya edilən azərbaycanlılar hətta təhlükəsizlik və immiqrasiya xidmətinin əməkdaşlarını girov götürmüşdülər.

İyulun 18-də isə Almaniyadan 51 nəfər Azərbaycan vətəndaşı çarter reysi ilə geri qaytarılıb. Bu deportasiya zamanı da bir gənc qadın qayıtmamaq üçün özünə xəsarət yetirib.

Çətinliklərin bir qismi isə deportasiya olunanları artıq vətəndə gözləyir. Hüquq müdafiəçisi Əlövsət Əliyev bildirir ki, geri qayıdanların hamısı xüsusi xidmət orqanları tərəfindən saatlarla sorğu-sual olunurlar:

“Onlardan Avropada müxalifət üzvlərindən kimləri gördükləri,  fəallar, onların siyasi məhbus ailələrinə göndərdikləri yardımlar, bu yardım kampaniyalarını kimlərin təşkil etməsi və iştirakçıları haqda soruşurlar”.

Əlövsət Əliyevin sözlərinə görə, bəzi şəxslərin qanunsuz olaraq dövlət sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılması haqda faktlar da məlumdur. İyulda Almaniyadan kütləvi deportasiya olunanlardan biri təxminən bir həftə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldıqdan sonra Azərbaycan vətəndaşı olmasına baxmayaraq, Ukraynaya deportasiya edilib.

Geri qaytarılanlardan polis əməkdaşlarının rüşvət alması kimi hallara da rast gəlinir.

Avropaya köç getdikcə çətinləşir

Avropaya gələn ümumi qaçqınların sayı tədricən azaldığından, sığınacaq üçün müraciətlərin baxılması işi sürətlənib. Eyni zamanda öncəki illərdə gələn azərbaycanlıların bir çoxunun məhkəmə araşdırması başa çatdıqca, deportasiyaların da sayı sürətlə artır. Bununla belə, Azərbaycandan getmək istəyənlərin sayı azalmasa da, artıq Avropaya gəlmək xeyli çətinləşib.

“Əhalinin orta təbəqəsi, yəni ölkəni tərk etmək üçün potensial hesab olunan hissəsi bank asılılığında qalıb. Eyni zamanda Avropa İttifaqına aid olan ölkələrin səfrilikləri Azərbaycan vətəndaşlarına vizaların verilməsində sərt qaydalar tətbiq edirlər. Ona görə də 2018-ci ildə əvvəlki illərlə müqayisədə xaricə gedənlərin sayı azalıb”- deyən Əlövsət Əliyev, həmçinin qeyd edir ki, Avropaya qonşu Gürcüstan və Ermənistandan daha çox qaçqın getməsinə baxmayaraq, bu ölkələrin hökumətləri vətəndaşlarına qarşı viza rejiminin sərtləşməsinə imkan vermir. Azərbaycan isə bu sahədə səfirliklərlə heç bir iş aparmır və əksinə hökumət fəalların xaricə getməsini istəmədiyindən yaranmış vəziyyətdən məmnundur.

Hazirda Düsseldorf şəhərində qızı ilə birgə, həyat yoldaşından ayrı yaşamalı olan Mehman Hüseynov, Avropaya gəlmək üçün qaçın statusuna müraciət etməyin heç də yeganə və hər zaman doğru yol olmadığını düşünür:

“Avropaya asanlıqla təhsil almaq üçün də gəlmək olar. Xüsusən də mütəxəssislər üçün burada geniş iş imkanları var. Getmək istədiyin ölkənin dilini orta səviyyədə öyrənib qanuni şəkildə müraciət edib, işçi vizası almaq olar. Belə əliəyri insanlar, fırıldaqçılardan uzaq durmaq lazımdır ki, belə problemlər yaşanmasın”.

 

24saat.org xəbəri Meydan TV-yə istinadən xəbər verir

Paylaş:

“26 ildir xəstəxanada yaşayırıq”

Sonrakı Yazı »

Əli Kərimli həbs edildi – VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

BİZİMLƏ ƏLAQƏ

SON XƏBƏRLƏR

  • Bakı şəhər Səhiyyə İdarəsindən əlillik almaq istəyənlərlə bağlı absurd qərar

    3 həftə ago

    “Əlilliyin təyin edilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi üçün poliklinikaya müraciət edən zaman absurd imtina cavabı ilə üzləşdik”. Bunu saytımıza müraciət edən Bakı şəhər sakini Aynur ...

    Ətraflı
  • Azərbaycanda yeni pul nişanı tədavülə buraxıldı

    2 ay ago

    Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100-cü ildönümü münasibətilə 5 AZN təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılıb. Bu barədə Mərkəzi Bankın ...

    Ətraflı
  • Məşhur azərbaycanlı ekstrasens güllələndi – FOTO

    2 ay ago

    Tanınmış ekstrasens Nadim Alixanov Rusiyada güllələnib.Anews.az xəbər verir ki, BAKU.WS-ə daxil olan məlumata görə, dünən 34 yaşını qeyd edən edən ekstrasens dostları ilə birlikdə Moskvada azərbaycanlılara məxsus ...

    Ətraflı
  • ABŞ senatoru Donald Trampın impiçmentinə qarşı qətnamə təqdim edəcək

    2 ay ago

    Respublikaçı senator Lindsi Qrem bildirib ki, ABŞ senatına Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın impiçmenti prosedurunun keçirilməsi vaxtı aşkarlanmış səhvlərin olduğu qətnaməni təqdim etməyi planlaşdırır. “Report” xəbər verir ki, bu ...

    Ətraflı
  • Nazir: “Daha 1000-dək şəxsin saxta şəkildə sosial yardım aldığına dair şübhələr var”

    2 ay ago

    “Daha 1000-dək şəxsin saxta şəkildə sosial yardım aldığına dair şübhələr var”. “Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə Prezident İlham Əliyevin yanında keçirilən ...

    Ətraflı
  • KİVDF-yə ayrılan vəsait artırılır

    2 ay ago

    2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri gələn ay parlamentdə müzakirəyə çıxarılacaq 2020-ci ilin büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi ...

    Ətraflı
  • Məhkəmə baş redaktorla bağlı şikayəti rədd edib

    2 ay ago

    Anar Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılmayıb Oktyabrın 24-də Yasamal Rayon Məhkəməsi “Lombard N:1”in sahibi Məlahət Qurbanovanın “criminal.az” saytının baş redaktoru Anar Məmmədova qarşı xüsusi ...

    Ətraflı
  • “Kəndimizin örüş sahələri satılıb” – Ağsudan şikayət

    2 ay ago

    Ağsu rayonunun Bico kəndinin örüş sahələri, təxminən 1000 hektara yaxın ərazi, 2004-2006-cı illərdə müxtəlif şəxslərə 99 illik icarə müqavilələri ilə bələdiyyələr tərəfindən icarəyə verilib.  “Sözügedən ərazi kənd ...

    Ətraflı
  • Elina Hacıyevanın ölüm işi: direktora hökm oxundu

    2 ay ago

    Sevinc Abbasovanın azadlığı məhdudlaşdırıldı 162 saylı orta məktəbin keçmiş direktoru, 14 yaşlı Elina Hacıyevanın ölümündə günahlandırılan Sevinc Abbasovaya hökm oxunub. Oktyabrın 24-də Səbail Rayon Məhkəməsində hakim Azər ...

    Ətraflı
  • Trump Türkiyə üzərindəki bütün sanksiyaların qaldırıldığını deyir

    2 ay ago

    Prezident Donald Trump oktyabrın 23-də bəyan edib ki, bir neçə gün bundan əvvəl Türkiyənin üzərinə qoyulmuş bütün sanksiyalar qaldırılır. Bu sanksiyalar Türkiyə ordusunun Suriyanın şimalındakı kürd qüvvələrinə hücumu ilə ...

    Ətraflı
  • Hindistanın vitse-prezidenti Bakıya gələcək

    2 ay ago

    Hindistanın vitse-prezidenti Venkaya Naydu bu gün Bakıya gələcək. “Report” xəbər verir ki, o, oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII sammitində Hindistanın nümayəndə heyətinə rəhbərlik edəcək. Qoşulmama Hərəkatının sammiti zamanı təşkilata sədrlik üç ...

    Ətraflı
  • Zahid Oruc: ‘İslahatların sürəti prezidentin iradəsinə bağlıdır’

    2 ay ago

    Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc AzadlıqRadiosuna prezidentin son sərəncamları haqda deyib: – Prezident İlham Əliyev 2019-cu ilin əvvəlindən elan etdiyi mühüm dövləti idarəetmə sistemindəki konsepsiyanı mərhələ-mərhələ həyata keçirməkdədir. ...

    Ətraflı
  • İlham Əliyev bunu da etdi

    2 ay ago

    Ramiz Mehdiyevi Elmlər Akademiyasına təpişdirdi Milli Şuranın sədri, tarixçi alim, professor Cəmil Həsənli dünən Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad eilən Ramiz Mehdiyevin Elmlər Akademiyasına prezident “seçilməsinə” münasibət ...

    Ətraflı
  • Ramiz Mehdiyev vəzifəsindən azad edildi

    2 ay ago

    Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tutduğu vəzifədən azad edilib. Digər bir sərəncamla dövlət başçısı Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edib. ...

    Ətraflı
  • Mikayıl Cabbarov birləşdirilən 4 qurumun rəhbəri oldu

    2 ay ago

    Prezident İlham Əliyev Mikayıl Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamına əsasən, Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib. Bundan başqaİlham Əliyev Fərman ...

    Ətraflı
  • 19 oktyabr zorakılığı ilə bağlı ictimai dinləmə olacaq

    2 ay ago

    Repressiya və İşgəncələr Əleyhinə Komitə hakimiyyətin 19 oktyabrda törətdiyi zorakılığı ictimai müzakirəyə çıxarır. Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat paylaşıb. O.Gülalıyev feysbuk səhifəsində yazıb: “19 oktyabr ...

    Ətraflı
  • İstiqlalçı millət vəkilinin üzərində polis vəhşiliyinin izi FOTO

    2 ay ago

    19 oktyabr mitinqində polis vəhşiliyinə məruz qalanlardan biri də Milli Şura Koordinasiya Mərkəzinin üzvü, istiqlalçı millət vəkili İbrahim İbrahimli olub. Sosial şəbəkələrdə onun boğaznda polis zorakılığının izi ...

    Ətraflı
  • Şahin Mustafayev istirahətə göndərildi; Onun yerinə kim gətiriləcək?

    2 ay ago

    Öncə bu sualı cavablandıraq ki, baş nazirin müavini yüksək vəzifədir, yoxsa iqtisadiyyat naziri? Azərbaycan standartları ilə ölçsək birmənalı şəkildə nəinki iqtisadiyyat, hətta energetika naziri vəzifəsi də baş ...

    Ətraflı
  • Azərbaycan ordusu 19 yaşlı əsgərini itirib

    2 ay ago

    Horadizdə yerləşən N saylı hərbi hissənin əsgəri 19 yaşlı Həsən İbrahim oğlu Bədəlov həlak olub. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər. İlkin məlumata görə, əsgər ...

    Ətraflı
  • “Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar dayandırılsın”

    2 ay ago

    İnsan haqları komissarı polis zorakılığından narahatdır “Ötən həftənin sonu Bakıda icazəsiz mitinqlərin polis tərəfindən vəhşicəsinə dağıdılması polisin davranışı və insanların Azərbaycanda dinc etiraz nümayiş etdirmək hüququ ilə ...

    Ətraflı
  • Döyənlər və döyülənlər: Güc tətbiqi kimə nə qazandırdı? – İlkin Rüstəmzadə

    2 ay ago

    Tarix hər bir epizodda tətbiq oluna biləcək hazır reseptlər verməsə də, analogiyalar üzrə yaxşı-yaxşı öyrədir. Ağıllı adamlar və güc sahibləri bu dərsləri təkrar-təkrar oxuyur, ondan dərs çıxartmağa ...

    Ətraflı
  • ABŞ səfirliyi müxalifətin aksiyası ilə bağlı bəyanat yaydı

    2 ay ago

    Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Milli Şuranın oktyabrın 19-da keçirilən aksiyasına dair bəyanat yayıb. Bəynatda qeyd edilir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi Avropa İttifaqının bəyanatına dəstək verərək oktyabrın ...

    Ətraflı
  • Hacıbala Abutalıbov və Əli Həsənov vəzifəsindən azad edildi

    2 ay ago

    24saat.org saytı president.az saytına istinadən xəbər verir ki, ölkə başçısı İlham Əliyevin 21 Oktyabr 2019-cu il tarixində imzaladığı sərəncamlara əsasən Baş nazirinin iki müavini Hacıbala Abutalıbov və ...

    Ətraflı
  • Mirşahin xarici diplomatların səs yazısını yaydı – VİDEO

    2 ay ago

    Mirşahin rəhbərlik etdiyi telekanalda Milli Şura üzvü Gültəkin Hacıbəyli ilə ABŞ və Avropa İttifaqı üzvü olan diplomatların qeyri-qanuni yolla əldə edilmiş səs yazısını yayımlayıb. 20.10.2019-cu ildə “Real ...

    Ətraflı
  • AXCP sədri Əli Kərimli həbs olunub

    2 ay ago

    Partiya sədri mitinqə getmək üçün evindən çıxarkən zorla maşına mindirilib AXCP sədri Əli Kərimli zorla maşına mindirilərək naməlum istiqamətə aparıldığı bildirilir. Məlumatı AXCP-nin mətbuat xidməti yayıb. Bildirilir ...

    Ətraflı
  • Ərdoğan Trampın tvitinə cavab verdi: “Qalib gəlsək…”

    2 ay ago

    Prezident Ərdoğan ABŞ Prezidenti Donald Trampın sosial mediada yaydığı açıqlamaya cavab verib. Qaynarinfo xəbər verir ki, Ərdoğan Trampın “Milyonlarla insanın canı qurtaracaq” sözlərinə cavab olaraq öz tvitter hesabından ...

    Ətraflı
  • Nazir: “Gələn il pensiyaların orta aylıq məbləği 293 manat olacaq”

    2 ay ago

    “Gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artmaqla 293 manata çatması proqnozlaşdırılır”. az24saat.org xəbər verir ki, bunu oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi ...

    Ətraflı
  • Bir neçə rayonun qaz təminatında fasilə yaranacaq

    2 ay ago

    Oktyabrın 18-də səhər saat 10:00-dan işlər başa çatanadək aşkarlanan qaz sızmalarının ləğvi icra olunarkən Bakının Nərimanov rayonu, Çermet qəsəbəsi, Z.Bünyatov, Azadlıq, Atatürk prospektlərində, Ə.Qayıbov, M.Əlizadə, X.Şuşinski, S.Rəhman, ...

    Ətraflı
  • Təhsil naziri: İbtidai sinif şagirdləri üçün həftəlik dərs yükü çoxdur

    2 ay ago

    Məktəbdə dərsliklərin istifadəsi dörd il üçün nəzərdə tutulur. az24saat.org-un məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.  Onun sözlərinə görə, ...

    Ətraflı
  • Trump: “Öncə qoyacaqsınız dalaşacaqlar, sonra gedib ayıracaqsınız”

    2 ay ago

    Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trump cümə axşamı günü “öncə qoyacaqsınız, məktəbin həyətindəki iki uşaq kimi dalaşacaqlar, sonra da gedib ayıracaqsınız” deyib. O, bunu Texas-da keçirilən ...

    Ətraflı
  • Azərbaycan Dövlət Müstəqilliyinin 28-ci ildönümünü qeyd edir

    2 ay ago

    Azərbaycan Dövlət Müstəqilliyinin 28-ci ildönümünü qeyd edir. 1991-ci il oktyabrın 18-də Sovet rejiminin dağılma ərəfəsində Azərbaycan Ali Sovetində imzalanan “Müstəqillik Aktı” ilə dövlət müstəqilliyi bütün dünyaya bəyan ...

    Ətraflı
  • Vilayət Eyvazov generalı təqaüdə göndərdi

    2 ay ago

    Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov vəzifəsindən azad edilərək təqaüdə göndərilib. az24saat.org  “Report”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, ...

    Ətraflı
  • Siyavuş Novruzov: “Prezidentin xəbərdarlıq etdiyi məmurlar istefa verməlidir…”

    2 ay ago

    “Daxildəki məsələlərə gücü çatmayanlar xaricdə oturanları maliyyələşdirməklə prezidentin həyata  keçirdiyi islahatlara kölgə salmağa, qarayaxma kampaniyası aparmağa çalışırlar”.Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim ...

    Ətraflı
  • Yeni agentlik yaradılıb

    2 ay ago

    Oktyabrın 16-da Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb.Bu barədə prezident İlham Əliyev oktyabrın 16-da fərman imzalayıb.Sənədə əsasən, «Azərbaycan Respublikasında bir sıra ...

    Ətraflı
  • Daha bir yol bağlanıb – RƏSMİ

    2 ay ago

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yolun bağlanması ilə bağlı müraciət yayıb.  Bu gün Abşeron rayonu, Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində olan köməkçi yolda təmir-qazıntı işlərinin aparılması ...

    Ətraflı
  • “Türkiyənin bu addımını birmənalı şəkildə müdafiə edirik”-bəyanat

    2 ay ago

    Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal ərazisinə müdaxiləsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda göstərilir: “Türkiyə rəhbərliyi dövlətin təhlükəsizliyi və maraqları baxımından mühüm qərar ...

    Ətraflı
  • Davamı

    Daha Çox