2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

OPEC: Xam neft ehtiyatları azalmağa başlayıb

OPEC-in baş katibi Mohammad Barkindo, xam neft ehtiyatlarının azalmağa başladığını və bunun, bu il tətbiq olunan istehsal azaldılmasının bazarı tarazlığa gətirməkdə olduğunun bir işarəsi olduğunu söyləyib.

285 milyon barel olaraq hesablanan neftbazalardakı xam neft ehtiyatları, OPEC və digər bəzi istehsalçıların istehsalı salmalarına baxmayaraq neft qiymətləri üzərində hələ də təzyiq yaradır.

“Maja” xəbər verir ki, Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) 6 üzvü və Oman, istehsalın azaldılması razılaşmasının İyun ayından sonra üçün də uzadılmasını dəstəkləyir. Səudiyyə Ərəbistanı və Küveyt, ehtiyatların beş ilin ortalamasına düşməsi lazım olduğunu qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Keçən həftə, OPEC-in istehsal azaldılması razılaşmasının uzadılacağı xəbəri və ABŞ-da açıqlanan məlumatların ölkədə neftayırma zavodlarının xam neft istifadəsində təxminən üç ilin ən böyük artımını reallaşdırdığını və maye yanacaq anbarlarının düşdüyünü göstərməsinin ardından neft qiymətləri bu ilin ən böyük həftəlik yüksəlişini göstərmişdi. Morgan Stanley, neft ehtiyatlarının bu il 72 milyon barel düşdüyünü açıqlayıb.

Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) yüksək səviyyələrdə olan ehtiyatları azaltmaqda israrlı olduğu müşahidə olunur. 25 Mayda Viyanada təşkil ediləcək nazirlər səviyyəsindəki yığıncaqda istehsalın azaldılması müqaviləsinin uzadılması müzakirə ediləcəkdir.

Bakı vaxtı ilə 07:10-a olan məlumata görə, Brent nefti 52,83 dollardan alıcı tapıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button