Loading...
Loading...
Xəbərlər

Ordu haqqında nəşrlərə görə 500 manat cərimə

Bakı/20.12.21 Dekabrın 18-də “Yeni çağ” saytının əməkdaşı Səxavət Məmməd ordu haqqında nəşrləri ilə əlaqədar Baş Prokurorluğa dəvət olunub. Bu barədə Turan-a Məmməd özü məlumat verib.

O qeyd edib ki, ona heç bir təzyiq göstərilməyib.

Bununla belə, o, Xətai rayon məhkəməsinə aparılıb, burada ona İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsi ilə 500 manat (300 dollar) cərimə təyin edilib.

Müəllif nəşrlərinin ordunun döyüş qabiliyyətini aşağı saldığı barədə iddiaları əsassız hesab edir.

Jurnalist nəşrlərini təqdim edə bilməyib, onların artıq saytdan silindiyini qeyd edib. Amma o, ordudakı vəziyyəti tənqid etdiyini və “Rusiyapərəsət” hərbiçilərin SQ-də qaldığı üçün Nəcməddin Sadıqovun Baş Qərargah rəisi vəzifəsindən getməsi ilə vəziyyətin düzəlmədiyini qeyd etdiyini bildirib. Ordunun türk modelinə keçməsi sözdə həll olunmur, buna görə real islahatlara ehtiyac var.

Məmməd bildirib ki, hüquqlarının müdafiəsi üçün gələcək addımları məhkəmə qərarını əlinə aldıqdan sonra atacaq.

Azərbaycan Baş Prokurorluğu Məmmədovun bu idarəyə dəvət edildiyini, burada onunla söhbət aparıldığını, Xətai rayon məhkəməsinin isə cərimə təyin etdiyini təsdiq ediblər. -06D-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button