2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ötən gecə Almatıda döyüşlər olub

Bakı/07.01.22 Bu gecə Qazaxıstanın ən böyük şəhəri, keçmiş paytaxt Almatıda hərbi qarşıdurmalar bərpa olunub.

Qazaxıstan KİV-lərinin və teleqram kanallarının məlumatına görə, hakimiyyət “terrorçuların” snayperlərdən istifadə etdiyini bildirib. Silahlı şəxslər teleqülləyə hücum edərək, bir neçə dəfə mərkəzi televiziyanın canlı efirinə çıxmağa çalışıblar.

Eyni zamanda, Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Akademiyasına hücum olub. Hücum dəf edilib, bu zaman Akademiyanın rəisi həlak olub.

Saytların yığılması Saytlarin yigilmasi

Almatı komendantı şəhərdə antiterror əməliyyatlarının davam etdiyini, “terrorçuların və bandit qruplaşmaların isə güclü müqavimət göstərdiyini” bildirib.

Almatıda etirazçılar peşəkar səviyyədə hərəkət edirdilər, onlar arasında mütəşəkkil qruplar, o cümlədən snayperlər var idi, deyə Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini Dauren Abayev “Xəbər 24” telekanalının efirində bildirib.

“Terrorçular” həmçinin aeroport binasını və bir neçə təyyarəni ələ keçiriblər. Ələ keçirilmiş bütün obyektlərdə barrikadalarla nəzarət-buraxılış məntəqələri təşkil edilib.

Silahlı qruplarla qarşıdurmalar zamanı güc qurumlarının 18 əməkdaşı həlak olub. Etirazçılardan 36 nəfər öldürülüb. 2300-ə nəfər etirazçı saxlanılıb. Polis tərəfdən yüzlərlə insan yaralanıb.

Hakimiyyətin vəziyyətin tam nəzarətdə olması haqqında bəyanatlarına baxmayaraq, Almatıda vəziyyət ağır olaraq qalır. Hakimiyyət hələlik etirazçıların terrorçular olduğuna və plan üzrə hərəkət etdiyinə və ya onlara xarici qüvvələrin rəhbərlik etdiyinə dair dəlil təqdim etməyib. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button