2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Pakistanın birinci xanımı Azərbaycanın stendini ziyarət edib

Azərbaycanın Pakistandakı səfirliyi İslamabad şəhərində Pakistan Xarici İşlər Nazirliyinin Qadınlar Assosiasiyası tərəfindən təşkil olunan ənənəvi xeyriyyə bazarında iştirak edib.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanın Pakistandakı səfirliyindən “Report”a verilən məlumata görə, tədbirdə bir sıra xarici dövlətlərin Pakistandakı səfirlikləri və yerli şirkətlər iştirak ediblər.

Səfirliyin stendində Azərbaycanın milli yeməklərindən və şirniyyatlarından ibarət müxtəlif təamlar iştirakçılara təqdim olunub, o cümlədən Azərbaycan tarixini və mədəniyyətini təcəssüm etdirən suvenirlər nümayiş etdirilib.

Pakistanın birinci xanımı Samina Alvi, Pakistanın xarici işlər naziri Cəlil Abbas Gilani və digər rəsmi qonaqlar Azərbaycan stendini ziyarət edib, Azərbaycanın milli mətbəxinin nümunələri, eləcə də suvenirlərdən ibarət sərgi ilə tanış olublar.

Xeyriyyə bazarında Azərbaycan səfirliyinin stendindən əldə olunan vəsait Qadınlar Assosiasiyasının fonduna köçürülüb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button