Bizim tərcümə

Pakistanın keçmiş baş naziri İmran Xana 5 illik siyasi qadağa

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-21 15:38:41

Pakistanın Ali Seçki Komissiyası keçmiş baş nazir İmran Xana xarici liderlərin və nümayəndələrin rəsmi hədiyyələrini qanunsuz satdığı üçün siyasi qadağa qoyub.

Seçki komissiyasının yekdilliklə qəbul etdiyi qərara əsasən, Xan “Korrupsiya əməlləri”ndə təqsirli bilinib. Milli Məclisdən uzaqlaşdırılan İmran Xan 5 il ərzində heç bir dövlət vəzifəsində çalışa bilməyəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Ona qarşı irəli sürülən ittihamları rədd edən Xan 140 milyon Pakistan rupisi (təxminən 635 min dollar) dəyərində dövlət hədiyyələrini bəyan etmədən alqı-satqı yolu ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

İmran Xanın Pakistan Ədalət Hərəkatı (PTI) partiyasından verilən açıqlamada qərarla bağlı İslamabad Ali Məhkəməsinə müraciət ediləcəyi bildirilib və partiya tərəfdarları küçələrə axışmağa çağırılıb.

Xanın vəkillərindən biri olan Faysal Çaudri bildirib ki, seçki komissiyasının bu cür qərarlar qəbul etmək üçün qanuni səlahiyyəti yoxdur.

Pakistanda hakim Müsəlman Liqası-Nəvaz Partiyası bu ittihamları avqust ayında seçki komissiyasına təqdim edib.

Pakistanda aprelin 10-da Milli Assambleyada baş nazir İmran Xan və hökumətinə etimad səsverməsi keçirilib və onun hökuməti etimad səsi ala bilmədiyi üçün Xan tutduğu vəzifədən azad edilib. Aprelin 11-də Şahbaz Şərif baş nazir seçilib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button