2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Parlamentin diplomatiyasına 15 il rəhbərlik edən mühəndis-mexanik

“Kondisioner Rəşid” ləqəbli rəis xarici dil bilmədən 15 ildir bu vəzifədə çalışır

Saytların yığılması Saytlarin yigilmasi

Növbədənkənar seçkilərlə yeni dövrə qədəm qoyan Azərbaycan parlamenti işə başladı. “Özünü buraxmış” Parlament 15 il ərzində olan-qalan nüfuzunu itirdi, lakin bu ildən yeni sima ilə yola davam edəcək. Amma iş hələ indi başlayır və özünü buraxan Parlamenti biyabır edən şəxslərin da məsələsi gündəmə gələcək. Həmin adamların kimliyi və parlamentdə hansı rüsvayçılıqlarla məşğul olduqları haqqında yazmalıyıq. Üstəlik, onların arasında yüksək rütbəli elə şəxslər var ki, daşıdığı vəzifə ilə heç bir bağlılığı yoxdur və onların əksəriyyətini keçmiş rəhbərlik ya kanalizasiya ya da bakvodoprovod idarəsindən gətirib. Məsələn, bu günə kimi Beynəlxalq münasibətlər şöbəsinin müdiri vəzifəsini tutan Rəşid İbrahimov da həmin kadrlardan biridir. İxtisasca mühəndis-mexanik olan, heç bir xarici dil bilməyən İbrahimov hansı qeyri-adi bacarıqlarına görə bu posta təyin olunub görəsən? Bəli, sadəcə, keçmiş spikerin dostu və şəriki olduğuna görə. O, deputat olub spiker seçiləndən sonra dostu və kondisioner işi üzrə şərikini da öz yanına gətirib və onu Beynəlxalq münasibətlər şöbəsinin müdiri vəzifəsinə təyin edib. O zaman bütün Parlamentin qocaman kadrları şok keçırtdilər. Axı, necə ola bilər ki, diplomatiyadan, parlamentarizmdən uzaq olan bir kəs belə bir vəzifəyə gətirilsin. Özüdə mühəndis-mexanik… Amma bizim məclis 15 il ərzində böyük bir möcüzə idi. Məsələn, həmin Rəşid İbrahimov 90-ci illərdə Heydər Əliyevə qarşı təbliğat aparırdı və o Bakida “Kondisioner Rəşid” kimi tanınır. Əziz oxucular, möcüzə deyilmi, kondisioner alveri ilə məşğul olasan və sonra Parlamentin diplomatiyasına rəhbərlik edəsən?

“Azkond” şirkətlər qrupunda əlbir korrupsiya

Bütün Milli Məclis bilir ki, Əsədovla “Kondisioner Rəşidi” birləşdirən dostluq münasibətlərindən daha çox biznes əlaqələridir. İbrahimovun nəzarəti altında fəaliyyət göstərən “Azkond” şirkətlər qrupu illərdir ölkədə kondisioner, ventilyasiya və isitmə sistemləri sahəsini öz monopoliyasında saxlayır. Bu şirkətdə Əsədovun şərikliyi haqda dəfələrlə yazılıb. Xatırlayanlar varsa, keçmiş spikerin vaxtında Milli Məclisdə ciddi yeyintilər haqqında mətbuatda bir çox yazılar gedib. Əvvəllər biz də yazmışdıq, MM-nin yeni korpusunda su və kanalizasiya sisteminin quraşdırılması layihəsinin belə Kondisioner Rəşidin nəzarətində olan “Azkond”a verildiyi və külli miqdarda yeyintiyə yol verildiyi məlum olmuşdu. Bu tenderləri xalq audit etsə, o zaman məlum olacaq bu cütlük hansı məbləğlər xalqdan mənimsəyib. Maraqlısı odur ki, Əsədova bu kondisionerlərin keyfiyyətsiz olmağı barədə suallar veriləndə, o istenad edirdi Prezidentə və deyirdi ki, güya Prezidentin xəbəri var. Hal-buki Prezidentin bu yeyinti barədə heç bir xəbəri olmayıb və Əsədov özbaşınalıq edərək ona yalandan istinad edib.

Xarici səfərlərdə xərclənmiş milyonlar və xarici səfərlərin ləğvi

Dil bilməyən, bacarığı olmayan adamlar bu parlamenti 15 il ərzində tam məhv ediblər. Bundan başqa MM-in illik xarici səfərlərinə böyük pullar xərcləyən Əsədovun hər dəfə dostu İbrahimovu da ailəcə yığıb xarici ölkələrə apardığı üzü çıxmışdı. Ya da başqa bir anekdotik hadisə, bizim Milli Məclisin deleqasiyası Yaponiyanın imperatoru dəvəti əsasında Tokio şəhərinə rəsmi taxtaçıxma mərasiminə qatılıb, orda isə bizim deleqasiyanın bəzi nümayəndələri yerli qeyşaların yanına gediblər. Rəsmi tədbirdir, dövlət rəhbərləri filan, bizimkilər ki isə imperatoru unudaraq qeyşalarla vaxt keçirtməyə üstünlük veriblər. Bax belə. Yadınıza gəlirsə, Parlament buraxılanda, Milli Məclis deputatlarının xarici səfərləri ləğv olunub. Buna rəsmi səbəb parlamentin buraxılması idi, lakin qeyri-rəsmi səbəb o idi ki, Əsədovun xarici səfərləri hakimiyyət içində əfsanəvi anekdotlara çevrildi. O boyda aqsaqqal yaşın olsun, bir belə vəzifə sahibi olasan, və xarici səfərlərə dövlət büdcəsindən milyonlar xərcləyib öz qohumlardan tutmuş sevgilisinə gədər hər bir kəsi aparasan. Doğrudan, analoqu olmayan möcüzəli Parlamentimiz var idi.

Deputatların etik davranış kodeksi lazımdırmı?

Bax buna görə də, məclisdə xalq tərəfindən xüsusi seçilmiş nümayəndələr üçün xüsusi davranış kodeksi (o kodeks var, amma keçmiş rəhbərlik o qanunları nəzərə almırdı) olmalıdır. Məsələn, qanunla millət vəkilləri və ailələrinin xaricdə əmlak və biznes sahibi olması qadağandır. Üstəlik, axı bizim deputatların vəziyyətində halal qazancdan deyil, xalqın oğurlanmış pullardan söhbət gedir. Məsələn, Rusiya Dumasının sədri Matvienko və eks-spiker Əsədovun görüşündə iştirak edənlər etiraf edirlər ki, bu görüş onlar üçün Milli Məclis adına əsl utanc olub. Özünü buraxmış keçmiş spiker Əsədov bu qadının qarşısında suya düşmüş pişik, qurda rast gəlmiş qorxaq quzu, əzazil müəllim qarşısında oturmuş günahkar ikinci sinif şagirdi kimi tir-tir əsirdi. Bu, bir ölkə adına ayıb idi. Görüşün başlanğıcından sonuna kimi danışıqların tonunu müəyyən edən səlahiyyət sahibi Valentina Matvienko idi. Bəli, spikerin qorxacağı var idi… Bir zənglə, bir barmağın vuruşu ilə Matvienko onun həyat yoldaşını cinayət məsuliyyətinə cəlb etdirə bilərdi. Bir işarə ilə onu Moskvadaki bahalı sarayından götürüb hansısa istintaq təcridxanasına apara bilərlər. “Kondisioner Rəşid” isə bu haqda deputatlarla hələ spikerin özü ilə gərək maarifləndirmə aparmalı idi. Lakin bacarmadı. Bu işi xanım Qafarova güman edirik ki, bacaracaq. Birmənalı olaraq deputatlara başa salınmalıdır ki, deputat korpusu və onların ailə üzvləri xaricdə mülk almamalıdırlar. Birmənalı qaydada. İstisna olmadan. Məsələn, Parlamentin keşmiş rəhbərliyi özünü nəfsinə satmaqla, Milli Məclisi də başqa bir dövlətin xüsusi xidmət orqanlarının boşqabına qoymuş oldu. Keşmiş spiker ailəsinin digər üzvlərinin bu illər ərzində Moskva fəaliyyətlərinin ən kiçik detalları belə Rusiya tərəfinə məlum idi. Siz başqa bir ölkənin parlament rəhbərinin “birinci xanımının” Bakıda priton saxladığını bilsəydiniz, ona hörmət edərdinizmi? Bu haqda Sabir Rüstəmxanlı  yaxşı deyib: “Özünü quzu kimi aparır, amma qurdalayırsan, striptiz otağı meydana çıxır”… Ölkə rəhbərliyi də anladı ki, Parlamentdə olan adamlar ölkənin imijinə xələl gətirir. Və köhnə Məclis buraxıldı.  

Erdoğanın belinə bicaq

“Kondisioner Rəşid” hardan bilə bilərdi ki, Türkiyənin indiki Prezidenti Rəcəb Tayyib Ərdoğanla düşmən münasibətlərdə olan “ergenekonçuları” və FETO-çuları Milli Məclisə buraxmaq olmaz. Axı bu adam diplomatiya aləmində qəfil adamdır. O hardan bilsin belə şeyləri. Erqenekoçular və FETO-çular Milli Məclisin kabinetlərində gizli görüşlər keçirdiblər yoxsa yox? “Kondisioner alverçisi” bunu bilməz. Həmin görüşlərdə Ərdoğana qarşı olan qüvvələrlə hansı gizli danışıqlar gedib? Ərdoğanın özünə düşmən saydığı həmin adamlara hansı məqsədlə maliyyə dəstəyi verilib?

Azərbaycanda hakimiyyəti anti-konstitusion şəkildə ələ keçirməyə cəhd

Bu Parlament tarixinin ən çətin, ən rüsvayçı dövrünü yaşadı. Ən ali qanunverici orqanımızın bütün dünyada rüsvay olmasını necə ört-basdır etmək olar? Keçmiş parlament rəhbərliyinin ailəsində dünyanın hər yerində bu qədər villa, mağaza, səhmlər və lüks mənzillər yetərli olmadımı, pritona da sərmayə qoydular. Keçmiş rəhbərlik xalqın hisslərinin bu şəkildə təhqir olunmasının və azərbaycanlıların ləyaqətinin alçaldılmasının qarşısını almaq lazım idi və Məclis vaxtında buraxıldı. Qəzəbli insanlar keçmiş rəhbərliyin həbsini tələb edirdilər. Doğrudan da, Parlament üstündəki qara ləkəni yalnız bu şəkildə yuya bilərdi. Eyni zamanda məlum olmuşdur ki, keçmiş MTN şefi Mahmudovun rəhbərliyi altında köhnə Məclis və onun bəzi üzvləri Azərbaycanda hakimiyyəti anti-konstitusion şəkildə ələ keçirməyə razılıq verməli idilər.

Ümüd var?

Parlament yeni bir mərhələyə qədəm qoyur. Bilirsiniz, MM-nin yeni sədri Sahibə Qafarovanın beynəlxalq qurumlarla böyük iş təcrübəsi var. Parlamentdəki təsadüfi kadrlar dəyişiləcək və əslində, Qafarovanın beynəlxalq əlaqələr sahəsində peşəkar təcrübəsi olduğuna görə, onun peşəkar diplomatlarla işləməyə üstünlük verəcəyi daha məntiqli görünür. Təsəvvür edin, 15 illik köklü, dayaqlı kötükləri tərpədmək asan deyil, ona görə də xalq bu işdə gərək kömək olsun və xalq auditi daim aparılsın. “Striptiz” Oqtay vaxtında anlamadı ki, ən azı parlamentin itirilmiş nüfuzunu qaytarmaq cəhdləri naminə istefa verməli idi… “Kondisioner Rəşid” də deyəsən anlamır… Anlayırsa yaxın zamanda hamımız şahid olacağıq. Parlamentdə reformaları gözləyək…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button