2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Bank xəbərləriXəbərlər

“PAŞA Bank” Naxçıvanda yeni biznes üfüqlərini müzakirə edib

®Ölkənin aparıcı maliyyə institutu və real sektorun aparıcı qüvvəsi olan “PAŞA Bank”ın geniş tərkibdə Naxçıvana səfəri baş tutub. Bu səfər çərçivəsində 26 may tarixində Naxçıvan Biznes Mərkəzində “Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Konfrans iştirakçıları ilk olaraq ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək dərin ehtiramlarını bildiriblər.

Daha sonra konfrans Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin çıxışı ilə açıq elan olunub. O, Naxçıvanda sahibkarlar və investorlar üçün yaradılan yeni imkanlardan danışıb.


“PAŞA Bank”ın idarə heyətinin sədr müavini Bəhruz Nağıyev tədbirin təşkil edilməsində əsas məqsədin sektorlararası dialoqun yaradılmasına kömək etmək, əlçatan və effektiv maliyyələşmə mexanizmlərini nəzərdən keçirmək olduğu bildirib.

“Naxçıvan ərazisindən keçən nəqliyyat və enerji dəhlizləri, zəngin təbii resurslar, dağ-mədən sənayesi, bölgənin ticarət və turizm potensialı, eləcə də əlverişli infrastrukturun mövcudluğu buraya nəinki yerli, xarici investorları da cəlb etmək iqtidarındadır”, – deyə Bəhruz Nağıyev vurğulayıb.

Photos (6).jpg (1.58 MB)

Tədbirə spiker qismində qatılan Kiçik və Orta Bizneslərin İnkişafı Agentliyinin, Sahibkarlığın İnkişafı Fondunun, İpoteka və Kredit Zəmanəti Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndələri çıxışları zamanı sahibkarları maraqlandıran məqamlara toxunublar.

Tədbirin sonunda baş tutan müzakirə panelində maliyyə əlçatanlığının təmin olunması istiqamətində diskussiya aparılıb və aidiyyəti qurumlar tərəfindən sahibkarları maraqlandıran məqamlara aydınlıq gətirilib.

Qeyd edək ki, konfransa Naxçıvan rəsmiləri və sahibkarları, eləcə də “PAŞA Bank”ın müştəriləri də daxil olmaqla, 120-dən çox iştirakçı qatılıb.

Photos (7).jpg (2.59 MB)

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button