Dünya

Paşinyan İranın xarici işlər naziri Abdollahiyanı qəbul edib

Tərəflər regionda baş verən hadisələr və təhlükəsizlik məsələlərini də müzakirə ediblər.

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 22-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahiyan və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Baş nazirin ofisindən verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlər və iqtisadi-ticarət əlaqələri ətrafında fikir mübadiləsi aparılıb.

Azadlıq Radiosu erməni xidmətinin məlumatına görə, tərəflər həmçinin regionda baş verən hadisələr və təhlükəsizlik məsələlərini də müzakirə ediblər.

Abdollahiyan Yerevana oktyabrın 20-də gəlib.

O , bir gün əvvəl-oktyabrın 21-də Sünik bölgəsinin regional mərkəzi olan Kapan şəhərində İranın Baş Konsulluğunun açılış mərasimində iştirak edib.

İran rəsmisi bildirib ki, onun ölkəsi “Ermənistanın və regionun təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir və bizim siyasətimiz ərazi bütövlüyü ə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməkdir.

Abdollahiyan Ermənistanın Şimal-Cənub dəhlizinin mühüm hissəsi olduğunu və İran tərəfinin bu tranzit marşrutun inkişafı üçün hər cür səy göstərmək niyyətində olduğunu bildirib.

İranın xarici işlər naziri dünən həmçinin Ermənistan Parlamentinin sədri Alen Simonyanla görüşüb, vurğulayıb ki, İran dost Ermənistanla sərhəd və ya tranzit marşrutunda maneələrə qarşıdır və regionun inkişafına dəstək verir.

24 saat” “
Paşinyan İranın xarici işlər naziri Abdollahiyanı qəbul edib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Boris Johnson yenidən baş nazir ola bilər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button