2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Paşinyan: Müstəqillik Bəyannaməmizdə Dağlıq Qarabağın olması sülhə maneədir

Ermənistanın Müstəqillik Bəyannaməsində Dağlıq Qarabağın adının çəkilməsi sülhə mane olur.

Toplum TV xəbər verir ki, bunu fevralın birində Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. 

“Bəyannamədə göstərilir ki, Ermənistan və Dağlıq Qarabağ birləşməlidir. Dağlıq Qarabağ Milli Şurasının və Ermənistan Ali Şurasının qərarı ərazilərin birliyinin tanınması zərurətinə gətirib çıxarır, lakin bu, Azərbaycanla sülhün bağlanmasına mane olacaq. Əgər belədirsə, bu o deməkdir ki, biz indi müharibə etməliyik, bununla sülhə nail olmayacağıq”, – deyə o açıqlamasında qeyd edib. 

Saytların yığılması Saytlarin yigilmasi

Paşinyan çıxışında həmçinin Ermənistanın yeni Konstitusiyaya da ehtiyac duyduğunu vurğulayıb. 

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, Bakı və Yerevan arasında hazırda de-fakto sülh mövcuddur, sərhəddə dinc vəziyyət hökm sürür. Bununla belə, o qeyd etmişdi ki, Ermənistanın Müstəqillik Bəyannaməsində və Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var, bu isə iki ölkə arasında sülhə mane olur. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button