2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Paşinyan Naxçıvana dəmir yolu tikilməsi barədə razılıq əldə edildiyini təsdiq edib

Bakı/16.12.21 Brüsseldə Azərbaycan prezidenti ilə görüşdə Yerasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisi haqqında razılığımızı bir daha təsdiq etdik. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan dekabrın 16-da hökumətin iclasında bildirib.

“Bu razılaşma noyabrın 26-da Soçi görüşündə əldə edilib və indi Brüsseldə təsdiq edilib”, deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, dəmir yolu beynəlxalq sərhəd və gömrük qaydalarına uyğun olaraq, qarşılıqlılıq prinsipi əsasında, ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək.

Saytların yığılması Saytlarin yigilmasi

O, Türkiyə ilə dialoq başlasa, Ermənistanın dəmir yolu əlaqəsinin Qarsa qədər uzadıla biləcəyinə ümid etdiyini bildirib.

“Biz mümkün qədər tez dəmir yoluna malik olmaq istəyirik. Bu, mühüm razılaşmadır, onu həyata keçirəcəyimizə ümid edirəm, bu, regionda iqtisadi mühiti, investisiya mühitini, siyasi mühiti və təhlükəsizliyi əhəmiyyətli dərəcədə dəyişdirəcək”, deyə o qeyd edib. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button