2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Paşinyan Qarabağdan danışdı: Məni yalnız bir məsələdə ittiham etmək olar

Ermənistanın Baş naziri Nikol Paşinyan etiraf edib ki, Qarabağ məsələsində onu yalnız bir məsələdə ittiham etmək olar. Bu da ondan ibarətdir ki, o, Qarabağ məsələsinin həllinin mümkünsüzlüyünü vətəndaşlara vaxtında deməyib.

Toplum TV xəbər verir ki, bu barədə Paşinyan dekabrın 19-da Ermənistanın İctimai Televiziya müsahibəsində bildirib.

“Danışıqlar prosesində heç vaxt Qarabağ probleminin həllini təklif edən variant olmayıb”, – deyə o açıqlamasında vurğulayıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, Madrid prinsiplərindən tutmuş bütün həll variantları problemin özünün həllini nəzərdə tutmayıb. 

“Yalnız 1999-cu ildə təklif edilən bir variant var idi ki, mübadiləni nəzərdə tuturdu, Dağlıq Qarabağ Mehri bölgəsi ilə mübadilə edilə bilərdi. Bu, Qarabağ problemini həllini təklif edən yeganə variant idi”.

Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını real hesab etdiyini də bildirib. Onun sözlərinə görə, hazırda Yerevan sülh müqaviləsi ilə bağlı təkliflərinə Bakının cavabını gözləyir

“Azərbaycanla sülh sazişinin mətni ilə bağlı danışıqlar davam edir, yeni təmaslar ola bilər”, – deyə Baş nazir qeyd edib.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button