2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

PEN America AzadlıqRadiosunun jurnalistini mükafatlandırdı

Yesipenko Rusiyanın ilhaq etdiyi Krımdan reportajlarına görə casusluq ittihamıyla altı il həbsə məhkum edilib. Özü və tərəfdarları ittihamı rədd edir

Saytların yığılması Saytlarin yigilmasi

AzadlıqRadiosunun hazırda Rusiyada həbsdə olan jurnalisti Vladislav Yesipenkoya PEN/ Barbey Yazmaq Azadlığı Mükafatı verilib. Bu mükafat siyasi məhbuslara təqdim olunur.

Yesipenko Rusiyanın ilhaq etdiyi Krımdan reportajlarına görə casusluq ittihamıyla altı il həbsə məhkum edilib. Özü və tərəfdarları ittihamı rədd edir.

Mükafat mayın 23-də Nyu Yorkda PEN America-nın qala tədbirində jurnalistə qiyabi verilib.

Hollivud aktyoru Maykl Duqlas mükafatı Yesipenkonun həyat yoldaşı Katerina və qızı Stefaniyaya təqdim edib.

“Onun jurnalist olmağına görədir”

Katerina Yesipenko həyat yoldaşının adından çıxışını ingiliscə başlayıb. Amma sonradan Ukrayna dilinin “gücünə görə” bu dilə keçib.

Ukrayna Prezidenti Volodimir Zelenski də Rusiyanın işğalı ilə bağlı dünya liderləri qarşısında çıxışlarında öz doğma dilində danışır.

“Ərim 15 aydır həbsdədir. Bu yalnız və yalnız onun jurnalist olmağına görədir. Vladislav Rusiyanın ilhaq etdiyi Krımdan xəbər verməyin təhlükəli olduğunu bilirdi, amma əmin idi ki, adamlar baş verənləri, həqiqəti bilməyə layiqdirlər… Və mən bu işdə onu tam dəstəkləyirəm”, – Katerina Yesipenko söyləyib.

Jurnalistlərin işini gözdən salmaq

Krımda Rusiyanın yaratdığı məhkəmə fevralda, qapalı məhkəmə iclasında Yesipenkonu məhkum edib.

Rusiya-Ukrayna vətəndaşı olan Yesipenko “Crimea.Realities” portalı ilə əməkdaşlıq edirdi. O, 2021-ci ilin martında Ukrayna kəşfiyyatı üçün informasiya yığmaqda şübhəli bilinərək saxlanıb. O beş il idi Krımda sosial və ətraf mühit məsələlərini işıqlandırırdı.

Jurnalist məhkəmədə deyib ki, Rusiya hakimiyyəti “Krımda gerçəkdən baş verənləri göstərmək istəyən sərbəst jurnalistlərin işini gözdən salmaq istəyir”.

AzadlıqRadiosunun Prezidenti Ceymi Flay məhkəmənin hökmünü “parodiya” adlandırmış, jurnalisti dərhal azad etməyə çağırmışdı.

Moskva 2014-cü ildə Krımı ilhaq edib. Bu il fevralın 24-də isə Ukraynanı işğal etməyə başlayıb.

24 saat” “
PEN America AzadlıqRadiosunun jurnalistini mükafatlandırdı
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button