2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Piyadalar avtomobil qəzalarının əsas səbəbkarıdırlar

Bakı/24.11.21 Bu ilin on ayı ərzində respublika ərazisində baş vermiş qəzaların 42 faizini, Bakı şəhəri üzrə isə 57 faizini piyadaların vurulması halları təşkil edir. Bu barədə Daxili İşlər Nazirliynin Mətbuat Xidmətinin məlumatında deyilir.

Mətbuat Xidməti piyadaları piyada zolaqlarından, yeraltı keçidlərdən istifadə etməyə, sürücüləri ehtiyatlı olmağa çağırır. 

“Araşdırmalar belə hallarda qəzalarda sürücülərlə yanaşı, piyadaların da təqsirinin olduğunu deməyə əsas verir. Belə ki, bəzi piyadalar onların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş piyada zolaqlarından, yeraltı və yerüstü piyada keçidlərindən istifadə etmirlər. Bunun nəticəsində piyadavurma hadisələrinin çoxu məhz piyada keçidlərindən kənarda qeydə alınır”, deyə Mətbuat Xidməti qeyd edib. -0-

Saytların yığılması Saytlarin yigilmasi

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button