2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Piyadaların üst-başını batıran sürücülər cərimələnəcək

Yağıntılı havalarda piyadaların üst-başını batıran sürücülər 40 manat cərimələnəcək.

Toplum TV xəbər verir ki, bu barədə yanvarın 11-də Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. 

“Yollardakı su gölməçələri piyadalar üçün böyük problemdir. Çünki bəzi sürücülər hava şəraitini nəzərə almır və yağıntılı havalarda yollardan keçərkən sürət həddini azaltmaq əvəzinə, əksinə, daha da artıraraq, yol kənarında dayanan piyadaları üst-başlarını batırırlar”,  – məlumatda qeyd olunub. 

Saytların yığılması Saytlarin yigilmasi

Həmçinin bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 1.5 bəndində bu məsələnin həlli öz təsdiqini tapıb. 

“Bununla bağlı sürücü məsuliyyətə cəlb olunmaqla, ona protokol tərtib edilir. Bütün sürücülərin nəzərinə çatdırırıq ki, bu qaydanı pozan hər kəsə 40 manat miqdarında cərimə tətbiq olunacaq”, – xəbərdarlıqda vurğulanıb. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button