Bizim tərcümə

Polşa İsrail səfirini görüşə dəvət edir

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-19 14:31:48

Səfir Yacov Livne, Sobibor-nasistlərin məhv edilməsi düşərgəsindəki məhbusların qiyamının 79-cu ildönümü mərasimindəki çıxışında, İsrail tələbə qruplarının əvvəllər düşərgəyə getdiyini, lakin bu gün bu səfərlərin mümkün olmadığını bildirib. Qərar Polşa Xarici İşlər Nazirliyi tərəfindən qəbul edilib.

Polşa Xarici İşlər Nazirliyi İsrail səfirinin ictimaiyyəti çaşdırdığını əsas gətirərək onun sözlərinə reaksiya verib.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirlik bu gün günortadan sonra səfir Livneni Polşa Xarici İşlər Nazirliyinə çağıraraq məsələ ilə bağlı fikirlərini çatdırıb. Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Jasina bildirib ki, İsrail səfirinin sözləri bütün həqiqəti əks etdirmir və israilli gənclər silahlı mühafizəçilər olmadan Polşaya səfər edə bilərlər.

Polşa Xarici İşlər Nazirliyi tələbə qruplarının səfərləri zamanı silahlı İsrail Mossad agentlərinin müşayiətinə qarşı çıxdığı üçün İsrail ötən ilin iyununda bu səfərləri dayandırıb.

Polşa bəyan edib ki, İsrail tələbə qruplarını Almaniya və Fransada silahlı mühafizəçilər müşayiət etmir, lakin Polşada silahlı mühafizəçilərlə səyahət etmək gənc İsrail vətəndaşlarının Polşada digər ölkələrə nisbətən daha çox təhlükə altında olduqlarına inanmasına səbəb ola bilər.

Ölkədə antisemitizm hallarının Almaniya, Fransa və Rusiyadan daha az olduğu bildirilərək, Polşanın xoş niyyət əlaməti olaraq İsrailə qarşı silahlı mühafizəçi olmamaq şərti ilə sözügedən səfərlərin dərhal başlamasına icazə verəcəyi bildirilib.

Hər il təxminən 40.000 israilli tələbə Polşada qurulmuş yüzlərlə nasist qırğın düşərgələrini ziyarət edərək, məktəb səfəri çərçivəsində min ildən çox yaşamış əcdadlarını öyrənmək üçün Polşaya gəlirdi.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button