2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Prezident Andjey Duda: “Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik”

“Azərbaycan Polşa üçün Cənubi Qafqaz regionunda çox mühüm tərəfdaşdır və biz Azərbaycanla bir çox sahələrdə – iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un xəbərinə görə, bu fikirlər Polşa Respublikasının Prezidenti Andjey Dudanın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda yer alıb.

“Polşa Respublikası ilə Azərbaycan Respublikasının dinamik inkişaf edən ikitərəfli əlaqələri ölkələrimiz arasında hörmətin, rəğbətin, əməkdaşlığa verilən əhəmiyyətin ən yaxşı ifadəsidir. Azərbaycan Polşa üçün Cənubi Qafqaz regionunda çox mühüm tərəfdaşdır və biz Azərbaycanla bir çox sahələrdə – iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik. Biz iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində və ölkələrimizin yüksək iqtisadi potensialına uyğun səviyyəyə çatdırılmasında xüsusilə maraqlıyıq”, – məktubda qeyd edilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button