2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Prezident Gədəbəydə baş verən hadisələrə yerində və hərtərəfli qiymət verdi” – RƏY

“Prezident İlham Əliyev Gədəbəydə baş verən hadisələrə çox yerində, eyni zamanda hərtərəfli qiymət verdi”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, ölkə başçısı prosesin necə başlaması, eyni zamanda bunda kimlərin maraqlı olduğu, problemdən həm daxildə, həm xaricdə necə istifadə olunması ilə əlaqədar məsələlərə aydınlıq gətirdi:

“Həmçinin, Prezident İlham Əliyev həmin ərazidə həqiqətən ekoloji problemin olmasını bir daha qabartdı və bunun qarşısının vaxtında alınmadığını təəssüflə qeyd etdi. Bu addımların atılmamasında birmənalı şəkildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eyni zamanda orada fəaliyyət göstərən həmin şirkətin nümayəndələrinin mütləq şəkildə vaxtında reaksiya verməli olduğu bildirdi. Yəni, hər iki qurum bu problemin qarşısını vaxtında almalı idi. Sözügedən problemlə əlaqədar insanları narahat edən məqamlarla bağlı müzakirələr aparılmalı, istər kompensasiya, istər onların tibbi cəhətdən müayinələri, istərsə də əmək fəaliyyəti ilə bağlı problemləri və bu kimi hallar öncədən öz həllini tapmalı və məsələ bu günə qədər gəlib çatmamalı idi”.

Deputat xatırladıb ki, Prezident eyni zamanda hüquq mühafizə orqanları ilə bağlı fikirlər səsləndirib və əsasən də Azərbaycan polisinin fəaliyyətini ən yüksək səviyyədə qiymətləndirib:

“Əslində xarici ölkələrin polislərinin törətdiyi hadisələrlə müqayisədə Azərbaycan polisi çox humanist addım atırdı. Yəni polisi daşa tutmaq, onlara qarşı bu cür kobud rəftar etmək heç bir qanun çərçivəsinə sığmır. Azərbaycan polisi bu gün Azərbaycan xalqını qoruyan hüquq mühafizə orqanlarının ən öndə gedənlərindən biridir”.

A.Nağıyev vurğulayıb ki, Azərbaycanda şirkət quraraq bundan gəlir götürən hər bir qurumla bağlı açıqlamalar verildi və onların Azərbaycan qanunlarına uyğun olaraq fəaliyyətlərini qurmaları üçün müvafiq tapşırıqlar var:

“Təşkil olunan komissiyaya tapşırıq verildi ki, birmənalı şəkildə məsələdə kimin günahkar olduğu üzə çıxsın. Söyüdlü kəndindəki problemi qabardaraq fərqli məcralara çəkməyə çalışanlara da mesaj göndərildi ki, bu məsələ də öz həllini tapacaq və günahkarlar layiqli cəzalarını alacaqlar”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button