Loading...
Loading...
Xəbərlər

Prezident Tokayev xalqın tələbini yerinə yetirib

Dünya Qazaxıstanda baş verən kütləvi etirazları izləyir. Belə ki,   yanvarın 2-də Manqistau vilayətində Janaozen və Aktau şəhərlərinin sakinləri yanacağın qiymətini azaltmaq çağırışı ilə kütləvi şəkildə küçələrə çıxıblar. Qəflətən adamlar yanacaqdoldurma məntəqələrində maye qazın qiymətinin 60-dan 120 təngəyə (0, 47 Azərbaycan manatı) qədər artması ilə üzləşiblər. Daha sonra etirazlar bütün Qazaxıstanı əhatə edib. Hakimiyyət mitinqçilərlə görüşdən sonra Manqistau vilayətində maye qazın qiymətinin ucuzlaşdığını elan edib, lakin vəziyyət sabitləşməyib. Etirazçılar iğtişaşlar törədiblər, polis isə flaş qumbaralar tətbiq edib. Paytaxt Nur-Sultanda bu günlərdə elə sakitlik olub ki, sanki respublikanın qərbindəki etirazları heç kəs eşitməyib.

Hökumət hər şeyi itirməmək üçün etirazçılara güzəştə getməyə razılaşıb

Manqistau iqtisadiyyatının əsasını neft-qaz sektoru təşkil edir ki, bu da regionda istehsal olunan sənaye məhsullarının ümumi həcminin 90 faizindən çoxunu əhatə edir. Belə hesab edilir ki, bu regionda Aday qəbiləsinin nümayəndələri kompakt halda yaşayırlar.

Yanvarın 3-də respublika hökuməti məlumat yayıb ki, “Manqistau vilayətində YDM sahibləri biznesin sosial məsuliyyəti çərçivəsində təşəbbüs qaydasında qazın bir litr üçün qiymətinin 120-dən 85-90 tənqəyədək azaldılması barədə qərar qəbul ediblər”. Lakin etirazlar səngiməyib, çünki etirazçılar qiymətin 50 təngə müəyyənləşdirilməsini tələb edirlər ki, bu da maye qazın litrinin əvvəlki qiymətindən azdır. Odur ki, yanvarın 5-də Aktau meydanında Qazaxıstan baş nazirinin müavini Yeralı Tuqjanov  mitinq iştirakçılarının tələb etdiyi kimi, maye qazın qiymətinin 50 təngəyə qədər azaldılması barədə hökumət komissiyasının  qərarını oxuyub.

Yanvarın 5-də səhər Qazaxıstan hökumətinin istefa verdiyi məlum olub. Baş nazirin səlahiyyətlərini müvəqqəti olaraq Əlixan İsmayılov icra edəcək. Respublikada digər kadr dəyişiklikləri də baş verib. Tokayev yeni dövlət katibini və Milli Təhlükəsizlik Komitəsi sədrinin müavinini təyin edib.

Yanvarın 5-də Qazaxıstanın üç şəhərində yerli administrasiyalara hücum cəhdləri olub. Qazaxıstan prezidenti Alma-Ata vilayətində fövqəladə vəziyyət elan etməyi qərara alıb. Qazaxıstanın ən böyük Alma-Ata beynəlxalq aeroportu ştat rejimində işləyir, baxmayaraq ki, təhlükəsizlik tədbirləri gücləndirilib. Alma-Atanın mərkəzindəki Respublika meydanında vəziyyət hazırda sakitdir, ərazi Milli Qvardiyanın döyüşçüləri tərəfindən əhatəyə alınıb.

Qazaxıstanda ictimai asayişin pozulmasına görə 200-dən çox adam saxlanılıb. Prezident Tokayev etirazlara yol verdiyi üçün hökumətin üzərinə xüsusi məsuliyyət qoyub, xalqı “daxildən və xaricdən” təxribatlara uymamağa çağırıb. Əhaliyə əsas maye qaz tədarükçüsü olan Janaozen şəhərində Qaz Emalı Zavodunun direktoru həbs edilib. O, maye qazın qiymətinin səbəbsiz artırılmasında ittiham olunub.

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

Rusiya susur, etirazçılar Moskvanı günahlandırırlar

Qazaxıstanda sosial şəbəkələr və mesencerlər kəsilib ki, bu da ilkin mənbələrdən məlumatın əldə edilməsini çətinləşdirir. Moskvanın ÊP.ru nəşri bildirir ki, etirazçıların tələblərinin qismən təmin edilməsi onların arasında qarışıqlıq salıb. İndi onlar ziddiyyətli çıxışlar edirlər: bəziləri ərzaq məhsullarının qiymətinin endirilməsini, digərləri hökumətin istefasını, üçüncülər isə sosial güzəştlərin genişləndirilməsini tələb edirlər. Bunun fonunda təşkilatçıların özəyi siyasi şüarlarla seçilir: “Rusiya Qazaxıstanı özünə çəkir və Qazaxıstanın Avrasiya İqtisadi Birliyindən çıxmasının vaxtı çatıb”.

Qazaxıstanda başlanan “qaz inqilabı” (MDB və Asiya ölkələrində “çəhrayı”, “məxməri” və s. kimi) barədə analitiklərin proqnozu hələlik özünü doğrultmur. Amma kütləvi iğtişaşlar səngisə də, tamamən dayandırılmayıb.

Moskva Qazaxıstanda baş verənlərə münasibət bildirməyib. Halbuki, ekspertlərin fikrincə, olayların əsas səbəbkarı Rusiyadır. “Xarici KİV-lərdə Qazaxıstanda “milliyyətçilik”, Rusiyanın öz mövqeyini itirdiyi və paralel olaraq Çinin nüfuzunun artdığı Mərkəzi Asiya ölkələrindən  “rusların axını” haqda yazırlar”, -2021-ci ilin sentyabrında Azattyq.org saytı bildirib. Qazaxıstan Rusiyadan uzaqlaşır: rus əhalinin axını Moskvanın Nur-Sultana təsir vasitəsini zəiflədib, belə şəraitdə Çin Mərkəzi Asiya Respublikasına təsiri artırır ki, bu da Kremli narahat etməyə bilməz. Bu barədə Amerikanın “Jamestownfoundation” saytındakı məqalədə deyilir. Müəllif Qazaxıstan və Rusiya arasında əlaqələri təhlil edir. İndiki mərhələdə Qazaxıstanın “rus” regionları gözləyəcəklər. Moskvanın mövqeyi gözləmək və vəziyyətə görə hərəkət etməkdir”, – “Kavkazskiy uzel”in blogeri qeyd edib.

Son vaxtlar Rusiya Dövlət Dumasının deputatları və “Kremllə əlaqəli ekspertlər” Qazaxıstanın “növbəti Ukrayna”  olub-olmayacağını müzakirə edirlər və  bunu onunla əsaslandırırlar ki, guya Moskvaya düşmən əhval-ruhiyyəsində olan respublika Rusiyanın Asiyada nüfuzunun artması üçün körpü yox, maneə olacaq, müəllif davam edir. “Onlar cənub qonşusunda vəziyyət nəzarətdən çıxmadan öncə cəsarətlə və çevik hərəkət etməyi tələb edirlər”,- müəllif rusiyalı siyasətçilərin ritorikasından danışır.  “Qazax dilində xidmət tələb edən “dil patrulları”nın yaradılması ilə əlaqədar bu yaxınlarda Qazaxıstanda baş verən hadisələr rusiyalı müşahidəçiləri narahat edib”,- Pol Qobl qeyd edib.

Rəsmi Bakı da qardaş ölkədə baş verən hadisələri müşahidə edir və münasibət bildirmir.

Turan

“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button