2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasətXəbərlər

Prezidentdən Siyavuş Novruzova ad günü hədiyyəsi – SƏRƏNCAM

YAP icra katibinin müavini Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif  edilib

Deputat Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif edilib.  24saat.org xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama  əsasən, o, Aərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.

Qeyd edək ki, fevralın 17-də Siyavuş Novruzovun 50 yaşı tamam olur.

Siyavuş Dünyamalı oğlu Novruzov 17 fevral 1969-cu ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri kəndində anadan olub.

Saytların yığılması Saytlarin yigilmasi

1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirib.

1999-2002-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib.

Vikipediya məlumatlarına əsasən, S.Novruzov hüquq üzrə fəlsəfə doktorudur. Qarabağ müharibəsi veteranıdır.

Siyavuş Novruzov 1990-cı ildən “Əlincə” Xeyriyyə Cəmiyyətinin şöbə rəisi, məsul katibi işləyib. 

1994-1999-cu illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İşlər müdiri, Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb.

1995-2005-ci illər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri olmuşdur. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir.

S.Novruzov 2000-ci ildə ikinci çağırış Milli Məclisə proporsional seçki sistemi ilə çoxmandatlı seçki dairələri üzrə YAP-ın vahid seçki siyahısında 3-cü yerdə deputat seçilib.

2005, 2010, 2015-ci illərdə isə majoritar qaydada 5 saylı Şahbuz-Babək seçki dairəsindən millət vəkili seçilib.

O, uzun müddət Milli Məclisin İntizam Komissiyasının sədri işləyob. Hazırda isə Milli Məclisin İctima birliklər və dini qurumlarla iş komitəsinin sədridir.

S.Novruzov Prezidentin 18 noyabr 2017-ci il tarixli Sərəncamı ilə  1-ci dərəcəli “Vətənə Xidmət Ordeni” ilə təltif olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button