2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bəxtiyar Hacıyev Ülviyyə Alovlunu yalan ifadə verməkdə ittiham edib

Cümə günü ictimai fəal və hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə prosesində zərərçəkmiş tərəf – jurnalist Ülviyyə Muradova (Alovlu) ifadə verib.

Hacıyev əvvəlcə Muradova ilə aralarında olan insidentlə əlaqədar həbs olunub. Bu gün o, ibtidari istintaq zamanı verdiyi Hacıyevin ona qarşı  xuliqanlıq etdiyi haqqında ifadələrini təkrar edib.

Bu zaman o, Hacıyevin və onun vəkillərinin suallarına “yadımda deyil”, “bilmirəm”, “unutdum” kimi qeyri-müəyyən cavablar verib. Bu səbəbdən Hacıyev Muradovanın yalan ifadə verdiyi haqqında vəsatət qaldırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Hakim vəsatətə mayın 3-də keçiriləcək növbəti iclasda münasibət bildirəcəyini deyib.

Xatırladaq ki, Hacıyev həm də iqtisadi cinayətlərdə ittiham olunub. O, bunun Muradovanın yalandan guya Bəxtiyar Hacıyevin “xarici pullarla dövlət çevrilişi hazırladığı”nı bildirməsindən sonra baş verib.

*  Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci il tarixində jurnalist Ülviyyə Alovlunun şikayəti əsasında açılmış cinayət işi ilə əlaqədar saxlanılıb. O, əvvəlcə CM-in 221 (xuliqanlıq) və 289-cu (məhkəməyə qarşı hörmətsizlik) maddələri ilə ittiham edilib.

2023-cü ilin ilin iyulunda ona qarşı CM-in 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Noyabrın 7-də Hacıyevə qarşı CM-in 213.1-ci (vergi, işsizliyə görə sığorta ödənişindən, icbari tibbi və sosial sığorta ödənişlərindən yayınma) maddəsi ilə ittiham irəli sürülüb. 

Hacıyev bütün ittihamları təkzib edir və hakimiyyəti tənqid etdiyinə, repressiyalarda əli olan Azərbaycan məmurlarına qarşı beynəlxalq sanksiyalar tətbiq etmək çağırışlarına görə təqib olunduğunu bildirir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button