Loading...
Loading...
Xəbərlər

Prezidentin gedişi “toy generalı”nı Paşinyanın müəyyən etməsinə imkan yaradır

Bakı/24.01.22  “Toy generalı” funksiyasını icra edən Ermənistan prezidentinin dünənki istefası son vaxtlar hərbi rəqibi ilə çətin və uzunmüddətli danışıqların astanasında olan rəsmi Bakı üçün gözlənilməz olub. Baş nazir Paşinyanın bir çox qərarlarına qarşı çıxan Armen Sarkisyanın getməsi bizim üçün yaxşıdır, ya pis?

Koreya Universitetinin siyasi elmlər professoru Rövşən İbrahimov Turan ilə söhbətində deyib ki, Ermənistan Konstitusiyasına əsasən, yeni prezident 25-dən tez və 35 gündən gec olmayaraq seçiləcək. Onu ölkə parlamenti seçəcək. Nikol Paşinyanın Mülki Müqavilə Partiyasının parlamentdə çoxluq təşkil etdiyini nəzərə alsaq, yeni dövlət başçısının mənsubiyyətini müəyyən etmək çətin deyil. Yeni prezident ya eyni partiyadan, ya da ona rəğbət bəsləyən digər partiyadan olacaq.

“Paşinyanın “cib prezidenti”nin namizədliyini müəyyənləşdirmək üçün əla imkanı var. Yeni namizəd təkcə mövqeyi yox,  həm də ölkənin baş nazirinə loyallığı səbəbindən irəli sürülməlidir. Ancaq problem ondan ibarətdir ki, Paşinyanın düzgün və bacarıqlı kadr çatışmazlığı hiss olunur, odur ki, hər cür kadr dəyişikliyi ağrılı olur. Ermənistanda siyasi qeyri-sabitlik davam edir”, – İbrahimov deyib.

Prezident Administrasiyasında Analitiks Mərkəzinin keçmiş rəhbəri Fərhad Məmmədov Armen Sarkisyanın istefasının nəticələrini təhlil edib. O, İPaşinyanın minimum proqramı ilə bağlı brahimovun fikirlərilə razıdır: “Prezidenti parlament seçir, ona görə də növbətini Paşinyan müəyyənləşdirəcək. Yəqin ki, seçim nəzarət edilməsi mümkün olan itaətkar namizədin üzərinə düşəcək. Gənc ola bilməz, ona görə də yaşlı olması lazımdır. Əgər Paşinyanla mübahisə etməsəydilər, Levon Ter-Petrosyan bu rola iddia edə bilərdi.

Əgər yaxın adamlardan biri seçilsə, baş nazirin siyahısında Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan (spiker olub, özü xahiş edəcək), spiker Alen Simonyan (onu neytrallaşdırmaq olar), Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan (qarabağlıdır, itaətkardır, təxribat xarakterli təyinat). Aydındır ki, kim olursa olsun, butaforiya üçün lazımdır və müddət qısadır”, – ekspert hesab edir.

“Ermənistanda yarırezident sisteminə keçid üzrə referendum planlaşdırılır və Armen Sarkisyanın istefası ona prezident seçkilərində tam şəkildə iştirak etmək imkanı yaradır, lakin öz partiyasının, blokunun formalaşdırılması üçün səlahiyyətə malik olur. Onun kifayət qədər vaxtı var. Son səfərləri və investisiya layihələri onun nəyə qadir olduğunu nümayiş etdirir, necə deyərlər, avansdır. Və bundan gələn siyasi dividendləri Paşinyanla bölüşmək niyyətində deyil.

Armen Sarkisyan hakimiyyətə iddia edə biləcək üçüncü qüvvə ola bilər. Hazırkı hakimiyyət-müxalifət konfiqurasiyası Ermənistanda bütün elektoratı əhatə etmir”, – Fərhad  Məmmədov fikrini yekunlaşdırıb. –0—

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

Turan
“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button