2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Prezidentin köməçkisi çıxışı ilə hakimiyyəti ifşa etdi – ANALİZ

“Azərbaycanda 15 il öncəki mühit deyil, artıq inkişaf var”.

Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə ilginc açıqlamalarla çıxış edib. 24saat.org xəbər verir ki, prezidentin köməkçisinin dediklərində kifayət qədər sətiraltı məqamlar var.

Diqqət edək, Reportun yaydığı xəbərdə qeyd edilir ki, Z.Nağdəliyev deyib: “Seçkilərin keçirilməsində Prezident İlham Əliyevin siyasi iradəsi mühüm rol oynayır”.

Saytların yığılması Saytlarin yigilmasi

Axı demokratik rejimdə prezident seçkiləri zamanı prezidentin deyil, xalqın iradəsi rol oynamalıdır.
Digər məqamlar da maraqlıdır: “Prezident icra hakimiyyəti orqanları qarşısında ciddi tələblər qoyub. Əvvəllər seçkilər keçirilərkən hansısa məntəqədə səsvermənin nəticələri ləğv olunurdu, müəyyən problemlər yaranırdı. Artıq bunlar keçmişdə qalıb”.

Belə çıxır ki, prezident icra hakimiyyətlərinin qarşısında tələb qoyub ki, daha hansısa məntəqədə seçkilərin nəticəsi ləğv edilə bilməz. Qeyd edək ki, məntəqədə və ya dairədə seçkinin nəticələri o halda ləğv olunurdu ki, həmin məntəqədə və ya dairədə səsvermə zamanı ciddi qanun pozuntuları və ya saxtakarlıq qeydə alınsın. Nağdəliyev isə deyir ki, prezidentin tapşırığına əsasən, daha səsvermənin nəticələri ləğv olunmayacaq və “artıq bunlar keçmişdə qalıb”.

PA rəsmisi daha sonra qeyd edir ki, “seçkilərin keçirilməsi üçün əsas rol oynayan məsələ siyasi sabitlikdir”. Belə çıxır ki, seçkilərin keçirilməsi üçün əsas amil səsvermə yox, siyasi sabitlikdir?

Z.Nağdəliyev çıxışının davamımda bir az da irəli gedərək, 15 il əvvələ – Heydər Əliyevin hakimiyyətdə olduğu dövrə ekskurs edərək, həmin dövrü “qeyri-sabit dövr” adlandırmaqdan da çəkinməyib: “Sabitliyin əsasını xalq və xalq-iqtidar birliyi şərtləndirir. Azərbaycanda mühit dəyişib, artıq 15 il öncəki mühit deyil. Artıq inkişaf var”.
Heydər Əliyevin hakimiyyətdə olduğu dövrü “qeyri-sabit” hesab edən Z.Nağdəliyev vurğulayır ki, “artıq inkişaf var”. Belə çıxır ki, 2003-cü ilə qədər Azərbaycan inkişafdan geri qalmışdı?

Bu fikirləri ilə prezident köməkçisi 2003-cü ildən əvvəl keçirilmiş seçkilərin demokratikliyini, həmin dövrdəki sabitliyi və “uğurlu idarəetməni” şübhə altına alıb.

Z.Nağdəliyev sonda bildirib ki, seçki prosesində qanunvericiliyə əməl olunmalıdır, saxtakarlığa yol verilməməlidir: “Seçki şəraitinin şəffaf keçirilməsi nəzarətdədir”.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar Prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button