2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Prezidentin nümayəndəsi: Zəngəzur dəhlizi Ermənistanın təcridinə son qoyacaq 

“Zəngəzur dəhlizi Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və sülhün qurulması üçün mühüm vasitə ola bilər”.

Toplum TV “Report”a istinadən xəbər verir ki, bunu III Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Rəsminin sözlərinə görə, post-münaqişə şəraitində ölkələr arasında nəqliyyat əlaqələrinin bərpası sırf iqtisadi səmərə ilə yanaşı, həm də sülh yaratmaq üçün effektiv alət ola bilər:

“Bunun bariz nümunəsi Zəngəzur dəhlizi layihəsidir ki, bu, həm Ermənistanla Azərbaycan arasında birbaşa nəqliyyat əlaqələri yarada, həm də Ermənistanın regionda iqtisadi təcridinə son qoya bilər. Həmçinin bu layihənin həyata keçirilməsi bölgədəki digər ölkələrin, ilk növbədə Türkiyə, Rusiya və İranın maraqlarına tam cavab verir və fayda gətirəcək”. 

Əmirbəyov həmçinin bildirib ki, Yerevan üç ildən artıqdır ki, Zəngəzur vasitəsilə nəqliyyat əlaqələrinin bərpasına mane olur: 

“Ümidvarıq ki, Yerevan nəhayət, bu layihənin Ermənistan üçün tam faydasını dərk edəcək. Əks halda, arzu edilən “yolayrıcının” regional dalana dirənməsi riski var”.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button