2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Prokuror NİDA fəalı Elgiz Qəhrəmanlıya 6 il həbs istəyib

Cümə axşamı günü Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanlının cinayət işi üzrə keçirilən iclasda prokuror fəalın 6 il azadlıqdan məhrum edilməsinin istəyib.

Məhkəmənin növbəti iclası yanvar ayının 11-nə təyin edilib.

Avqustun 12-si saxlanılan Elgiz Qəhrəmanlıya qarşı cinayət məcəlləsinin 234.4.3-cü (külli miqdarda nartkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qətimkan tədbiri seçilmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

BBC Azərbaycanca ilə danışan və məhkəməni müşahidə edən NİDA fəalı Samir Əsədli Elgiz Qəhrəmanlının həbsini onun sosial şəbəkələrdəki fəaliyyəti ilə əlaqələndirib.

Elgiz Qəhrəmanlının “sırf siyasi səbəblərlə” həbs edildiyini iddia edərək cənab Əsədli növbəti məhkəmə iclasında yalnız prokurorun istədiyi həbs müddətinin qismən azaldılmasına ümid bəslədiyini deyib.

Hakimin Elgiz Qəhrəmanlıya bəraət verəcəyinə “heç bir ümid yoxdur” deyən vəkili Nemət Kərimli BBC Azərbaycancaya müsahibəsində NİDA-çı fəalın həbsinin onun Facebook-da yazdığı şərhlə bağlı olduğunun ehtimal oldunduğunu deyib.

Vəkilin fikrincə, Elgiz Qəhrəmanlı referendum zamanı Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun şərhinə yazdığı cavabına görə həbs edilib.

İyul ayında çıxışında cənab Əhmədov referendumda prezidentliyə namizədlərdən tələb olunan yaş həddi minimumunun azalmasını şah İsmayıl Xətainin, Makedoniyalı İsgəndərin və Napoleonun misalları ilə əsaslandırdıqdan sonra, Elgiz Qəhrəmanlı “taleyi yox, ömrü oxşasın” cavabını yazıb.

Vəkili məhkəmə prosesində cənab Qəhrəmanlıya qarşı ittihamı sübut edən heç bir sübut nümayiş edilmədiyini deyib.

Lakin bənzər ittihamlarla üzləşən digər fəallara qarşı tələb edilən həbs cəzaları ilə müqayisədə prokurorun istədiyi cəzanın nisbətən yüngül olduğunu deyən vəkil, hakimin tələb olunan cəzanı yüngülləştirəcəyinin mümkün olduğunu bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button